Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Moskva və Minsk inteqrasiya yolundadır, ümumi hərbi şuradan söhbət getmir

© Sputnik / Сергей ГунеевRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, arxiv
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, arxiv - Sputnik Azərbaycan, 1920, 29.06.2023
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi Rusiya ilə Belarus arasında Ali Hərbi Şuranın yaradılması məsələsini şərh edib.
BAKI, 29 iyun - Sputnik. Rusiya və Belarus inteqrasiya yolundadır, amma ümumi hərbi şuranın yaradılması ilə bağlı heç bir müzakirə aparılmır. Bunu jurnalistlərlə söhbətində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Jurnalistin "Rusiya ilə Belarus arasında vahid qurumun, məsələn, Ali Hərbi Şuranın yaradılmasının nəzərdə tutulubmu?" sualına RF liderinin mətbuat katibi belə cavcab verib:

“İttifaq dövləti daxilində inteqrasiyanın səviyyəsinə gəlincə: müəyyən ittifaq layihələri var, bizim bu inteqrasiya çərçivəsində getdiyimiz yol var. Adını çəkdiyiniz quruma (Ali Hərbi Şura - red.) gəlincə, mən burada konkret heç nə deyə bilmərəm. Hazırda bununla bağlı heç bir müzakirə aparılmır”.

Peskov onu da vurğulayıb ki, əməkdaşlıq “həqiqətən də ittifaq dövlətinin səviyyəsinə uyğundur”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0