https://sputnik.az/20230629/biz-bunda-heqiqeten-maraqliyiq---kremlden-baydenle-bagli-aciqlama-456374619.html
Biz bunda həqiqətən maraqlıyıq - Kremldən Baydenlə bağlı açıqlama
Biz bunda həqiqətən maraqlıyıq - Kremldən Baydenlə bağlı açıqlama
Sputnik Azərbaycan
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, vəziyyəti çox diqqətlə izləyirlər və Baydenin dünənki bəyanatı zamanı Ukraynanı nəzərdə tutduğuna... 29.06.2023, Sputnik Azərbaycan
2023-06-29T17:57+0400
2023-06-29T17:57+0400
2023-06-29T18:00+0400
co bayden
rusiya
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0a/453604215_0:93:1788:1099_1920x0_80_0_0_5dfb3ac0aac8e11cfa417429f805757a.jpg
BAKI, 29 iyun - Sputnik. Moskva ABŞ-ın siyasətinin proqnozlaşdırıla bilən olmasında və bu ölkə hakimiyyətinin özləri üçün dünyanın obyektiv mənzərəsini yaratmasında maraqlıdır. Bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Co Baydenin səhhətinin vəziyyəti ilə bağlı Rusiyanın mümkün narahatlığına dair sualı cavablandırarkən deyib. "Biz vəziyyəti çox diqqətlə izləyirik və təbii ki, ümid edirik ki, cənab prezident Baydenin dünənki bəyanatı zamanı Ukraynanı nəzərdə tuturdu", - deyə Peskov Baydenin jurnalistlərlə ünsiyyətinə və Ukraynanı İraqla qarışdırmasına işarə edib. “Baydenin səhhətinin vəziyyəti ilə bağlı məlumatlara gəlincə, mən bunu şərh etməyi mümkün hesab etmirəm”, - Rusiya liderinin mətbuat katibi vurğulayıb. Çərşənbə günü Ağ Evdə jurnalistlərə danışan ABŞ prezidenti Rusiyadakı vəziyyəti şərh edərkən Ukraynanı İraqla səhv salıb. Bayden Rusiyada baş verən son hadisələrin bu ölkənin prezidenti Vladimir Putini nə dərəcədə zəiflətdiyi barədə suala cavabında deyib: "Bunu demək çətindir. O, açıq-aydın İraqdakı müharibəni uduzur". ABŞ liderinin ötən ilin noyabrında 80 yaşı tamam oldu. O, ictimai çıxışlarında tez-tez müxtəlif kobud səhvlərə yol verir ki, bunu ABŞ-da zarafatla “baydenizm” adlandırırlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0a/453604215_100:0:1689:1192_1920x0_80_0_0_9b301d77f40d4ef7b6ffe5a60118daaa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
co bayden, vladimir putinin köməkçisi dmitri peskov
co bayden, vladimir putinin köməkçisi dmitri peskov
Biz bunda həqiqətən maraqlıyıq - Kremldən Baydenlə bağlı açıqlama
17:57 29.06.2023 (Yenilənib: 18:00 29.06.2023) Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, vəziyyəti çox diqqətlə izləyirlər və Baydenin dünənki bəyanatı zamanı Ukraynanı nəzərdə tutduğuna inanırlar.
BAKI, 29 iyun - Sputnik. Moskva ABŞ-ın siyasətinin proqnozlaşdırıla bilən olmasında və bu ölkə hakimiyyətinin özləri üçün dünyanın obyektiv mənzərəsini yaratmasında maraqlıdır. Bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Co Baydenin səhhətinin vəziyyəti ilə bağlı Rusiyanın mümkün narahatlığına dair sualı cavablandırarkən deyib.
“Əlbəttə, ABŞ-ın proqnozlaşdırıla bilən olması, baş verənlərə obyektiv qiymət verməsi və özü üçün dünyanın obyektiv və düzgün mənzərəsini formalaşdırmaq üçün düzgün mənbələrdən məlumat əldə etməkdə maraqlı olması hər kəs üçün vacibdir. Biz bunda həqiqətən maraqlıyıq”, - Kreml sözçüsü bildirib.
"Biz vəziyyəti çox diqqətlə izləyirik və təbii ki, ümid edirik ki, cənab prezident Baydenin dünənki bəyanatı zamanı Ukraynanı nəzərdə tuturdu", - deyə Peskov Baydenin jurnalistlərlə ünsiyyətinə və Ukraynanı İraqla qarışdırmasına işarə edib.
“Baydenin səhhətinin vəziyyəti ilə bağlı məlumatlara gəlincə, mən bunu şərh etməyi mümkün hesab etmirəm”, - Rusiya liderinin mətbuat katibi vurğulayıb.
Çərşənbə günü Ağ Evdə jurnalistlərə danışan ABŞ prezidenti Rusiyadakı vəziyyəti şərh edərkən Ukraynanı İraqla səhv salıb. Bayden Rusiyada baş verən son hadisələrin bu ölkənin prezidenti Vladimir Putini nə dərəcədə zəiflətdiyi barədə suala cavabında deyib: "Bunu demək çətindir. O, açıq-aydın İraqdakı müharibəni uduzur".
ABŞ liderinin ötən ilin noyabrında 80 yaşı tamam oldu. O, ictimai çıxışlarında tez-tez müxtəlif kobud səhvlərə yol verir ki, bunu ABŞ-da zarafatla “baydenizm” adlandırırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.