Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kadırov Putinin qəbuluna gedib və onunla selfi çəkdirib

© Sputnik / Алексей Дружинин / Mediabanka keçidVladimir Putin və Ramzan Kadırov
Vladimir Putin və Ramzan Kadırov - Sputnik Azərbaycan, 1920, 28.06.2023
Abunə olmaq
Kadırov deyib ki, RF lideri ilə regionun uzunmüddətli planlarını və əldə etdikləri nailiyyətləri müzakirə ediblər.
BAKI, 28 iyun - Sputnik. Çeçenistan rəhbəri Ramzan Kadırov Qurban bayramı ərəfəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyünü və regiondakı sosial-iqtisadi vəziyyət barədə məlumat verdiyini bildirib.
Bu barədə Kadırov öz Telegram kanalında paylaşım edib.
"Görüşümüzdə mən Çeçenistan Respublikasının sosial-iqtisadi vəziyyəti haqqında məlumat verdim. Biz regionun uzunmüddətli planlarını və əldə etdiyi nailiyyətləri də müzakirə etdik"- deyə Kadırov yazıb.
O, səhifəsində görüşdən Putinlə selfi formatında foto da paylaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0