Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml: "Bizdə Priqojinin Belarusa getməsinə dair heç bir məlumat yoxdur”

© Sputnik / Евгений ОдиноковKremlin sözçüsü Dmitri Peskov
Kremlin sözçüsü Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 27.06.2023
Abunə olmaq
Daha əvvəl Y. Priqojinin Belarusa getməsi barədə məlumat yayılmışdı.
BAKI, 27 iyun - Sputnik. “Bizdə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Belarusa getməsinə dair heç bir məlumat yoxdur”.
“Report” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Kreml qiyama cəhdlə bağlı bütün tərəflərin öhdəliklərini yerinə yetirəcəyinə ümid edir.
D. Peskovun sözlərinə görə, qiyamın yatırılması Rusiya Prezidenti Vladimir Putinin səyləri nəticəsində mümkün oldu:
“Son hadisələr göstərdi ki, cəmiyyət və siyasi qüvvələr prezidentin ətrafında birləşir”.
Kremlin sözçüsü qeyd edib ki, V. Putin Belarus dövlət başçısı Aleksandr Lukaşenko ilə hər gün danışır və addımları koordinasiya edirlər.
Qeyd edək ki, daha əvvəl Y. Priqojinin Belarusa getməsi barədə məlumat yayılmışdı. Onun təyyarəsinin paytaxt Minskdə görüldüyü iddia edilirdi.
Xəbər lenti
0