Zinnurov: "Gələcəyin Oyunları"na ev sahibliyini Azərbaycan Rusiyadan qəbul edə bilər
21:35 26.06.2023 (Yenilənib: 21:49 26.06.2023)
© Sputnik / Murad Orujov“Rossotrudniçestvo”nun Bakıdakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov
© Sputnik / Murad Orujov
Abunə olmaq
Rusiya Federasiyasının idman naziri bildirib ki, klassik idman növləri ilə informasiya texnologiyalarını birləşdirən oyunların məqsədi gəncləri idman həyat tərzinə cəlb etməkdir,.
BAKI, 26 iyun - Sputnik. Azərbaycanda “Gələcəyin Oyunları” ficital turnirinin keçirilməsi üçün bütün lazımi idman infrastrukturu var. Belə bir bəyanatla Bakıdakı Rus Evinin sədri İrek Zinnurov çıxış edib.
“İdman təkcə hər bir insanın keyfiyyətlərini inkişaf etdirməyə deyil, həm də Rusiya ilə Azərbaycan arasında münasibətləri möhkəmləndirməyə imkan verən birləşdirici amillərdən biridir. Azərbaycan tərəfi Bakıda keçiriləcək Avropa Oyunları üçün qurulmuş inkişaf etmiş infrastruktura malik olduğundan idmanın “Gələcəyin Oyunlarının” keçirilməsi məsələsində Rusiyadan götürə bilər”, - deyə Zinnurov bazar ertəsi çoxnövçülük üzrə "Gələcəyin Oyunları" beynəlxalq rəqəmsal turnirin təqdimatında deyib.
Onun sözlərinə görə, “Rus Evi” gələcəkdə Azərbaycanda da oxşar oyunların təşkilinə hər zaman yardım etməyə hazırdır.
Turnir idman və informasiya texnologiyalarını birləşdirir
Rusiya Federasiyasının idman naziri Oleq Matitsin qeyd edib ki, Gələcəyin Oyunları gələn ilin fevralında Kazanda keçiriləcək və bu şəhər artıq bir sıra kütləvi idman tədbirlərinin - su idmanı, futbol və Universiadanın keçirilməsi yeri kimi təsdiq edib.
“Turnir Rusiyanın idman dünyasında mövcud olan, klassik idman və informasiya texnologiyalarını birləşdirən yeni tendensiyalara diqqətini və açıqlığını simvollaşdırır”, - deyə Matitsin bildirib.
© Sputnik / Fidan BilalovaÇoxnövçülük üzrə "Gələcəyin Oyunları" beynəlxalq rəqəmsal turnirin təqdimatı
Çoxnövçülük üzrə "Gələcəyin Oyunları" beynəlxalq rəqəmsal turnirin təqdimatı
© Sputnik / Fidan Bilalova
Qurum rəhbəri oyunların təşkilində məqsədin gəncləri idmana cəlb etmək olduğunu, məhz fiqurlu hərəkatın gənc nəslin inkişafı üçün zəruri olan bütün imkanları yaratdığını diqqətə çatdırıb.
"Bu gün ficital hərəkat bütün dünyada fəal şəkildə inkişaf edir, bu tendensiya populyarlıq qazanır", - deytə Matitsin bildirib.
Onun sözlərinə görə, “Gələcəyin Oyunları” dünyada bu tipli ilk layihə olacaq, artıq Rusiyanın əlindən estafeti almaq istəyənlər var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.