https://sputnik.az/20230626/putin-stenilen-santaj-daxili-qarisiqliq-yaratmaq-cehdi-ugursuzluga-mehkumdur-456316591.html
Putin: "İstənilən şantaj, daxili qarışıqlıq yaratmaq cəhdi uğursuzluğa məhkumdur"
Putin: "İstənilən şantaj, daxili qarışıqlıq yaratmaq cəhdi uğursuzluğa məhkumdur"
Sputnik Azərbaycan
Bir qədər əvvəl Birinci Kanal dövlət başçısının mətbuat katibi Dmitri Peskova istinadən Rusiya liderinin bazar ertəsi axşam bir sıra bəyanatlar verəcəyini... 26.06.2023, Sputnik Azərbaycan
2023-06-26T23:13+0400
2023-06-26T23:13+0400
2023-06-26T23:44+0400
rusiya
rusiya prezidenti vladimir putin
müraciət
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455984380_0:0:2991:1683_1920x0_80_0_0_626cb212af41b99138c2086a62d796a3.jpg
BAKI, 26 iyun - Sputnik. Rusiya lideri Vladimir Putin RF xalqına müraciət edib. Rusiya prezidenti rusiyalılara son günlər göstərdikləri dözümlülük, birlik və vətənpərvərliyə görə təşəkkür edərək, iğtişaş yaratmaq cəhdlərinin uğursuzluğa məhkum olduğunu vurğulayıb.Onun sözlərinə görə, “bütün səviyyələrdə cəmiyyətin, icra və qanunvericilik hakimiyyətinin ən yüksək konsolidasiyası” göstərilib.“Konstitusiya quruluşunu dəstəkləmək üçün ictimai təşkilatlar, dini konfessiyalar, aparıcı siyasi partiyalar - əslində bütün Rusiya cəmiyyəti qəti, birmənalı mövqe tutdu. Hamını əsas şey - Vətənin taleyi üçün məsuliyyət birləşdirdi və topladı", - deyə Putin vurъulayıb. Vladimir Putin müraciətində həmçinin bildirib ki, silahlı üsyan istənilən halda yatırılacaqdı.Rusiya Prezidentinin sözlərinə görə, üsyan təşkilatçıları Rusiyaya və onlarla birlikdə olanlara xəyanət ediblər. “Üsyan təşkilatçıları adekvatlığını itirmələrinə baxmayaraq, bunu başa düşməyə bilməzdilər, onlar hər şeyi, o cümlədən cinayət əməllərinə getdiklərini, hazırda kənardan görünməmiş təzyiq, nəhəng xarici təhlükə ilə üz-üzə qalan ölkəni parçalamaq və zəiflətmək üçün getdiklərini anlayırdılar. Cəbhədə "geriyə bir addım da olmaz!" deyərək yoldaşlarımız həlak olduğu vaxt. Lakin qiyamın təşkilatçıları öz ölkələrinə, xalqına xəyanət edərək, cinayətə sürüklənənlərə xəyanət etdilər. Onlara yalan danışdılar, onları ölümə, atəşə, özlərinə atəş açmağa itələdilər", - deyə Rusiya Prezidenti vurğulayıb.Vladimir Putin üsyançıların qarşısını kəsən bütün Rusiya hərbçilərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və xüsusi xidmət orqanlarının əməkdaşlarına təşəkkür edib.“Mən qiyamçıların yolunda dayanan bütün hərbi qulluqçularımıza, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, xüsusi təyinatlılara təşəkkür edirəm. Onlar borclarına, andına, xalqına sadiq qaldılar”, - deyə RF prezidenti bildirib.Rusiya dövlət başçısı bildirib ki, "Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri Rusiya Federasiyasının Müdafiə Nazirliyində xidmətini davam etdirə və ya Belarusiyaya gedə bilər, Vaqneritlərə verilən vəd yerinə yetiriləcək:Putin həmçinin "Vaqner" qrupunun “yeganə düzgün qərar verən" döyüşçülərinə və komandirlərinə təşəkkür edib."Onlar qardaş qanı tökmədən, son anda dayandılar”, - deyə Putin fikrini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455984380_153:0:2884:2048_1920x0_80_0_0_e5bf97b853058b2c4b414eecdd5017c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, müraciət
rusiya prezidenti vladimir putin, müraciət
Putin: "İstənilən şantaj, daxili qarışıqlıq yaratmaq cəhdi uğursuzluğa məhkumdur"
23:13 26.06.2023 (Yenilənib: 23:44 26.06.2023) Bir qədər əvvəl Birinci Kanal dövlət başçısının mətbuat katibi Dmitri Peskova istinadən Rusiya liderinin bazar ertəsi axşam bir sıra bəyanatlar verəcəyini bildirmişdi.
BAKI, 26 iyun - Sputnik. Rusiya lideri Vladimir Putin RF xalqına müraciət edib. Rusiya prezidenti rusiyalılara son günlər göstərdikləri dözümlülük, birlik və vətənpərvərliyə görə təşəkkür edərək, iğtişaş yaratmaq cəhdlərinin uğursuzluğa məhkum olduğunu vurğulayıb.
"Əziz dostlar! Bu gün mən bir daha bütün Rusiya vətəndaşlarına müraciət edirəm. Dözümünüzə, birliyinizə, vətənpərvərliyinizə görə təşəkkür edirəm. Bu vətəndaş həmrəyliyi göstərdi ki, istənilən şantaj, daxili qarışıqlıq yaratmaq cəhdi uğursuzluğa məhkumdur”, - deyə RF dövlət başçısı telekanallara açıqlama verərkən bildirib.
Onun sözlərinə görə, “bütün səviyyələrdə cəmiyyətin, icra və qanunvericilik hakimiyyətinin ən yüksək konsolidasiyası” göstərilib.
“Konstitusiya quruluşunu dəstəkləmək üçün ictimai təşkilatlar, dini konfessiyalar, aparıcı siyasi partiyalar - əslində bütün Rusiya cəmiyyəti qəti, birmənalı mövqe tutdu. Hamını əsas şey - Vətənin taleyi üçün məsuliyyət birləşdirdi və topladı", - deyə Putin vurъulayıb.
Vladimir Putin müraciətində həmçinin bildirib ki, silahlı üsyan istənilən halda yatırılacaqdı.
“Vurğulayıram ki, hadisələrin əvvəlindən yaranmış təhlükənin neytrallaşdırılması, konstitusiya quruluşunun, vətəndaşlarımızın həyat və təhlükəsizliyinin qorunması üçün dərhal ən zəruri qərarlar qəbul edilib. Silahlı üsyan onsuz da yatırılacaqdı”, - deyə Putin vurğulayıb.
Rusiya Prezidentinin sözlərinə görə, üsyan təşkilatçıları Rusiyaya və onlarla birlikdə olanlara xəyanət ediblər.
“Üsyan təşkilatçıları adekvatlığını itirmələrinə baxmayaraq, bunu başa düşməyə bilməzdilər, onlar hər şeyi, o cümlədən cinayət əməllərinə getdiklərini, hazırda kənardan görünməmiş təzyiq, nəhəng xarici təhlükə ilə üz-üzə qalan ölkəni parçalamaq və zəiflətmək üçün getdiklərini anlayırdılar. Cəbhədə "geriyə bir addım da olmaz!" deyərək yoldaşlarımız həlak olduğu vaxt. Lakin qiyamın təşkilatçıları öz ölkələrinə, xalqına xəyanət edərək, cinayətə sürüklənənlərə xəyanət etdilər. Onlara yalan danışdılar, onları ölümə, atəşə, özlərinə atəş açmağa itələdilər", - deyə Rusiya Prezidenti vurğulayıb.
"Rusiyanın düşmənləri də elə bunu istəyirdi: Kiyevdəki neonasistlər, onların Qərb himayədarları və hər cür milli satqınlar”, - deyə RF lideri əlavə edib.
Vladimir Putin üsyançıların qarşısını kəsən bütün Rusiya hərbçilərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və xüsusi xidmət orqanlarının əməkdaşlarına təşəkkür edib.
“Mən qiyamçıların yolunda dayanan bütün hərbi qulluqçularımıza, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, xüsusi təyinatlılara təşəkkür edirəm. Onlar borclarına, andına, xalqına sadiq qaldılar”, - deyə RF prezidenti bildirib.
Rusiya dövlət başçısı bildirib ki, "Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri Rusiya Federasiyasının Müdafiə Nazirliyində xidmətini davam etdirə və ya Belarusiyaya gedə bilər, Vaqneritlərə verilən vəd yerinə yetiriləcək:
“Bu gün sizin Müdafiə Nazirliyi və ya digər hüquq-mühafizə orqanları ilə müqavilə imzalamaqla Rusiyaya xidmətinizi davam etdirmək və ya ailənizin və dostlarınızın yanına qayıtmaq imkanınız var. İstəyənlər Belarusa gedə bilər. Verdiyim söz yerinə yetiriləcək. Yenə deyirəm, seçim sizindir, amma əminəm ki, bu, faciəvi səhvini başa düşən Rusiya döyüşçülırinin seçimi olacaq”.
Putin həmçinin "Vaqner" qrupunun “yeganə düzgün qərar verən" döyüşçülərinə və komandirlərinə təşəkkür edib.
"Onlar qardaş qanı tökmədən, son anda dayandılar”, - deyə Putin fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.