Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Rəisi ilə Zaqafqaziya və Suriyadakı vəziyyəti müzakirə edib

© KHAMENEI.IR / AFPRusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi, arxiv
Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi, arxiv - Sputnik Azərbaycan, 1920, 26.06.2023
Abunə olmaq
İran prezidenti Rusiya liderinə 24 iyun hadisələri ilə bağlı tam dəstək verdiyini ifadə edib.
BAKI, 26 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefon danışığında beynəlxalq mövzuları, o cümlədən Transqafqazdakı vəziyyət və Suriyada nizamlanmanı müzakirə edib.
Bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadla məlumat yayıb.

“Ticarət, energetika və nəqliyyat sahələrində mövcud sazişlərin praktiki icrası vurğulanmaqla, qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib. Həmçinin beynəlxalq gündəmdə olan bəzi məsələlərə, o cümlədən Zaqafqaziyadasabitliyin təmin edilməsi və Suriya nizamlanmasına da toxunulub”, - deyə məlumatda bildirilir.

İran prezidenti həmçinin 24 iyun hadisələri ilə bağlı Rusiya rəhbərliyinə tam dəstək verdiyini ifadə edib.
Bundan əlavə, Putin İran rəhbərliyini və xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib. Prezidentlər şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0