https://sputnik.az/20230626/moskvada-antiterror-emeliyyati-rejimi-legv-edildi-456295428.html
Moskvada antiterror əməliyyatı rejimi ləğv edildi
Moskvada antiterror əməliyyatı rejimi ləğv edildi
Sputnik Azərbaycan
Rusiyanın Moskva və Moskva vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti də antiterror əməliyyatı rejiminin ləğv edildiyini bildirib. 26.06.2023, Sputnik Azərbaycan
2023-06-26T10:47+0400
2023-06-26T10:47+0400
2023-06-26T10:47+0400
rusiya
moskva
anti-terror əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445565572_0:183:2992:1866_1920x0_80_0_0_8348986353641febc1e74849957b8b61.jpg
BAKI, 25 iyun — Sputnik. Moskvada bütün məhdudiyyətlər götürülüb və antiterror əməliyyatı rejimi ləğv edilib. Bunu Moskva meri Sergey Sobyanin öz Teleqram kanalında açıqlayıb. Paytaxt meri onu da vurğulayıb ki, iyulun 1-də məktəblilər üçün buraxılış mərasimi keçiriləcək. Rusiyanın Moskva və Moskva vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti də antiterror əməliyyatı rejiminin ləğv edildiyini bildirib. İyunun 24-də qiyam fonunda Moskvada, Moskva vilayətində və Voronej vilayətində xüsusi rejim tətbiq edilib. İyunun 23-də axşam "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiya Müdafiə Nazirliyinin qüvvələri guya onun hərbi birliklərinin arxa düşərgələrinə hücum edib və onun döyüşçüləri “ədalət yürüşü” ilə Rusiyaya doğru irəliləyirlər. Rusiya Müdafiə Nazirliyi onun ittihamlarını rədd edib, Baş Prokurorluq Priqojinə qarşı silahlı üsyan təşkil etmək ittihamı ilə cinayət işi açıb.Prezident Vladimir Putin xalqa müraciətində bildirib ki, üsyana cəhddə günahkar olanların hamısı qaçılmaz cəzaya məruz qalacaq, qanun və xalq qarşısında cavab verəcəklər. Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin razılığı əsasında "Vaqner"in rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. Priqojin Belarus prezidentinin öz döyüşçülərinin Rusiya boyu irəliləməsini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445565572_131:0:2862:2048_1920x0_80_0_0_3ad20c58596399c6c04a99176cb6886f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
moskva, anti-terror əməliyyatı
moskva, anti-terror əməliyyatı
Moskvada antiterror əməliyyatı rejimi ləğv edildi
Rusiyanın Moskva və Moskva vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti də antiterror əməliyyatı rejiminin ləğv edildiyini bildirib.
BAKI, 25 iyun — Sputnik. Moskvada bütün məhdudiyyətlər götürülüb və antiterror əməliyyatı rejimi ləğv edilib. Bunu Moskva meri Sergey Sobyanin öz Teleqram kanalında açıqlayıb.
“Biz antiterror əməliyyatı rejiminin tətbiqi ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırırıq”, - o yazıb.
Paytaxt meri onu da vurğulayıb ki, iyulun 1-də məktəblilər üçün buraxılış mərasimi keçiriləcək.
Rusiyanın Moskva və Moskva vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti də antiterror əməliyyatı rejiminin ləğv edildiyini bildirib.
İyunun 24-də qiyam fonunda Moskvada, Moskva vilayətində və Voronej vilayətində xüsusi rejim tətbiq edilib.
İyunun 23-də axşam "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiya Müdafiə Nazirliyinin qüvvələri guya onun hərbi birliklərinin arxa düşərgələrinə hücum edib və onun döyüşçüləri “ədalət yürüşü” ilə Rusiyaya doğru irəliləyirlər. Rusiya Müdafiə Nazirliyi onun ittihamlarını rədd edib, Baş Prokurorluq Priqojinə qarşı silahlı üsyan təşkil etmək ittihamı ilə cinayət işi açıb.
Prezident Vladimir Putin xalqa müraciətində bildirib ki, üsyana cəhddə günahkar olanların hamısı qaçılmaz cəzaya məruz qalacaq, qanun və xalq qarşısında cavab verəcəklər.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin razılığı əsasında "Vaqner"in rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.
Priqojin Belarus prezidentinin öz döyüşçülərinin Rusiya boyu irəliləməsini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.