https://sputnik.az/20230626/azerbaycan-apcexov-adina-xvi-beynelxalq-teatr-festivalinda-nece-temsil-olunub-456293190.html
Azərbaycan A.P.Çexov adına XVI Beynəlxalq Teatr Festivalında necə təmsil olunub
Azərbaycan A.P.Çexov adına XVI Beynəlxalq Teatr Festivalında necə təmsil olunub
Sputnik Azərbaycan
Laboratoriya Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının yaradıcısı və prezidenti Valeri Şadrinin xatirəsinə həsr olunub. 26.06.2023, Sputnik Azərbaycan
2023-06-26T10:14+0400
2023-06-26T10:14+0400
2023-06-26T10:14+0400
rusiya
teatr
festival
moskva
anton pavloviç çexov
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1a/456292546_0:84:891:585_1920x0_80_0_0_1c48a50830bd95ccd2fa1b567ab96737.jpg
BAKI, 26 iyun - Sputnik. Moskvada Beynəlxalq Teatr İttifaqları Konfederasiyası MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə A.P.Çexov adına XVI Beynəlxalq Teatr Festivalı çərçivəsində gənc rejissorların laboratoriyasını təşkil edib.Azərbaycan Teatr Xadimləri İttifaqından Azərtac-a verilən məlumata görə, laboratoriyada ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru Mehman Fətullayev və Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Anar Məmmədov təmsil ediblər.Bu il laboratoriya Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının yaradıcısı və prezidenti Valeri Şadrinin xatirəsinə həsr olunub. Dram və Rejissorluq Mərkəzində 11 gün ərzində MDB ölkələrindən olan gənc aktyor və rejissorlar laboratoriyanın bədii rəhbəri, rejissor Vladimir Pankovun “saund drama” adlı müəllif üsulunu məmnuniyyətlə öyrəniblər.Laboratoriyada Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və digər ölkələrin nümayəndələri də iştirak ediblər.Qeyd edək ki, gənc teatr xadimləri üçün ilk laboratoriya 2008-ci ildə təşkil edilib, 2023-cü ildə keçirilən görüş sayca onuncu olub. Layihənin nəticəsi A.P.Çexovun hekayələri əsasında nümayiş etdirilən multikultural tamaşa olub.Tamaşa laboratoriyanın müəllimləri - Vladimir Pankov, Sergey Rodyukov, Artem Kim və Yekaterina Kislovanın rəhbərliyi altında kollektivlərin yaratdığı epizodlar əsasında hazırlanıb. Həmçinin laboratoriya iştirakçıları Çexov festivalının və Moskva teatrlarının proqramından ibarət olan tamaşalara baxmaq imkanı əldə ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1a/456292546_0:1:891:669_1920x0_80_0_0_bf7f5f8c763286486e37c97ac57b07dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
teatr, festival, moskva, anton pavloviç çexov, azərbaycan
teatr, festival, moskva, anton pavloviç çexov, azərbaycan
Azərbaycan A.P.Çexov adına XVI Beynəlxalq Teatr Festivalında necə təmsil olunub
Laboratoriya Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının yaradıcısı və prezidenti Valeri Şadrinin xatirəsinə həsr olunub.
BAKI, 26 iyun - Sputnik. Moskvada Beynəlxalq Teatr İttifaqları Konfederasiyası MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə A.P.Çexov adına XVI Beynəlxalq Teatr Festivalı çərçivəsində gənc rejissorların laboratoriyasını təşkil edib.
Azərbaycan Teatr Xadimləri İttifaqından Azərtac-a verilən məlumata görə, laboratoriyada ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru Mehman Fətullayev və Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Anar Məmmədov təmsil ediblər.
Bu il laboratoriya Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının yaradıcısı və prezidenti Valeri Şadrinin xatirəsinə həsr olunub. Dram və Rejissorluq Mərkəzində 11 gün ərzində MDB ölkələrindən olan gənc aktyor və rejissorlar laboratoriyanın bədii rəhbəri, rejissor Vladimir Pankovun “saund drama” adlı müəllif üsulunu məmnuniyyətlə öyrəniblər.
Laboratoriyada Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və digər ölkələrin nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, gənc teatr xadimləri üçün ilk laboratoriya 2008-ci ildə təşkil edilib, 2023-cü ildə keçirilən görüş sayca onuncu olub. Layihənin nəticəsi A.P.Çexovun hekayələri əsasında nümayiş etdirilən multikultural tamaşa olub.
Tamaşa laboratoriyanın müəllimləri - Vladimir Pankov, Sergey Rodyukov, Artem Kim və Yekaterina Kislovanın rəhbərliyi altında kollektivlərin yaratdığı epizodlar əsasında hazırlanıb. Həmçinin laboratoriya iştirakçıları Çexov festivalının və Moskva teatrlarının proqramından ibarət olan tamaşalara baxmaq imkanı əldə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.