https://sputnik.az/20230625/vaqnerin-moskvaya-minden-cox-herbi-texnika-ile-hereket-etdiyi-melum-olub-456275169.html
"Vaqner"in Moskvaya mindən çox hərbi texnika ilə hərəkət etdiyi məlum olub
"Vaqner"in Moskvaya mindən çox hərbi texnika ilə hərəkət etdiyi məlum olub
Sputnik Azərbaycan
Təxminən 350 texnikadan ibarət ilk karvan iyunun 24-də gecə yarısından sonra Voronej vilayətinin sərhədini keçib. 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T14:24+0400
2023-06-25T14:24+0400
2023-06-25T14:24+0400
"vaqner" qruplaşması
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/06/19/456274887_0:0:3077:1731_1920x0_80_0_0_2ab9c4c0a74f236e0eaac4f5f5c278ba.jpg
BAKI, 25 iyun — Sputnik. "Vaqner" Özəl Hərbi Şirkətinin Moskva istiqamətində mindən çox hərbi texnika ilə hərəkət etdiyi məlum olub. Baza Telegram kanalı "Vaqner"in Voronej vilayətində keçərək Moskvaya istiqamətində aralarında tanklar, reaktiv yaylım atəşi sistemləri, yük maşınları və minik avtomobillərinin olduğu hərbi karvanla hərəkət etdiyini yazıb. Məlum olub ki, təxminən 350 texnikadan ibarət ilk karvan iyunun 24-də gecə yarısından sonra Voronej vilayətinin sərhədini keçib. Karvanda 9 tank, 4 "Tiqr", bir "Qrad" qurğusu, bir top, onlarla yük maşını və yüzlərlə avtomobil olub. Məhz bu kalon sonradan M-4 "Don" magistralının 590-cı kilometrliyində yük və tikinti texnikasının maneəsini dağıdıb. Səhər saat 5 radələrində "Vaqner"in ikinci karvan Voronej vilayətinə daxil olub. İkinci hərbi karvan daha böyük olub. Təxminən 375 hərbi texnikadan ibarət karvan Buturlinovka şəhərinə doğru hərəkət edib. Həmin ərazidə Müdafiə Nazirliyinin hərbi aerodromu var. Səhər saat 7-də təxminən 100 ədəd texnikadan ibarət üçüncü hərbi karvan Voronej vilayəti ərazisinə daxil olub. Onların arasında 3 tank, iki zenit qurğusu, avtobus, yük maşınları və minik avtomobilləri olun. Karvan M-4 "Don" şossesi ilə hərəkət edib. Səhər saat 9-da ümumi sayı 212 ədəd olan dördüncü hərbi texnika karvanı Voronej vilayətinin sərhədini keçib. Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər. Hakimiyyət şəhər sakinlərini küçələrdən hərbi texnikanın keçə biləcəyi səbəbi ilə diqqətli olmağa çağırıb. FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb. Prezident Vladimir Putin ruslara müraciətində bildirib ki, üsyana cəhddə günahkar olanların hamısı qaçılmaz cəzaya məruz qalacaq, qanun və xalq qarşısında cavab verəcək. O, həmçinin qeyd edib ki, mülki və hərbi hakimiyyət orqanlarının işinin faktiki olaraq bloklandığı Rostov-na-Donuda vəziyyəti sabitləşdirmək üçün qəti addımlar atılacaq. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/19/456274887_0:0:2729:2047_1920x0_80_0_0_340f937ae018ffde3e54e7114587d0ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"vaqner" qruplaşması, putin, rusiya prezidenti vladimir putin, vladimir putin
"vaqner" qruplaşması, putin, rusiya prezidenti vladimir putin, vladimir putin
"Vaqner"in Moskvaya mindən çox hərbi texnika ilə hərəkət etdiyi məlum olub
Təxminən 350 texnikadan ibarət ilk karvan iyunun 24-də gecə yarısından sonra Voronej vilayətinin sərhədini keçib.
BAKI, 25 iyun — Sputnik. "Vaqner" Özəl Hərbi Şirkətinin Moskva istiqamətində mindən çox hərbi texnika ilə hərəkət etdiyi məlum olub.
Baza Telegram kanalı "Vaqner"in Voronej vilayətində keçərək Moskvaya istiqamətində aralarında tanklar, reaktiv yaylım atəşi sistemləri, yük maşınları və minik avtomobillərinin olduğu hərbi karvanla hərəkət etdiyini yazıb.
Məlum olub ki, təxminən 350 texnikadan ibarət ilk karvan iyunun 24-də gecə yarısından sonra Voronej vilayətinin sərhədini keçib. Karvanda 9 tank, 4 "Tiqr", bir "Qrad" qurğusu, bir top, onlarla yük maşını və yüzlərlə avtomobil olub. Məhz bu kalon sonradan M-4 "Don" magistralının 590-cı kilometrliyində yük və tikinti texnikasının maneəsini dağıdıb.
Səhər saat 5 radələrində "Vaqner"in ikinci karvan Voronej vilayətinə daxil olub. İkinci hərbi karvan daha böyük olub. Təxminən 375 hərbi texnikadan ibarət karvan Buturlinovka şəhərinə doğru hərəkət edib. Həmin ərazidə Müdafiə Nazirliyinin hərbi aerodromu var.
Səhər saat 7-də təxminən 100 ədəd texnikadan ibarət üçüncü hərbi karvan Voronej vilayəti ərazisinə daxil olub. Onların arasında 3 tank, iki zenit qurğusu, avtobus, yük maşınları və minik avtomobilləri olun. Karvan M-4 "Don" şossesi ilə hərəkət edib.
Səhər saat 9-da ümumi sayı 212 ədəd olan dördüncü hərbi texnika karvanı Voronej vilayətinin sərhədini keçib.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər. Hakimiyyət şəhər sakinlərini küçələrdən hərbi texnikanın keçə biləcəyi səbəbi ilə diqqətli olmağa çağırıb. FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.
Prezident Vladimir Putin ruslara müraciətində bildirib ki, üsyana cəhddə günahkar olanların hamısı qaçılmaz cəzaya məruz qalacaq, qanun və xalq qarşısında cavab verəcək. O, həmçinin qeyd edib ki, mülki və hərbi hakimiyyət orqanlarının işinin faktiki olaraq bloklandığı Rostov-na-Donuda vəziyyəti sabitləşdirmək üçün qəti addımlar atılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.