https://sputnik.az/20230625/taqanroq-rostov-na-donu-magistralinda-neqliyyatin-hereketi-berpa-edildi-456267693.html
Taqanroq-Rostov-na-Donu magistralında nəqliyyatın hərəkəti bərpa edildi
Taqanroq-Rostov-na-Donu magistralında nəqliyyatın hərəkəti bərpa edildi
Sputnik Azərbaycan
Baza Telegram kanalı Rostov-na-Donu Taqanroqa doğru yolun "Vaqner" ÖHŞ hərbçiləri tərəfindən minalanmış olduğunu bildirmişdi. 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T13:40+0400
2023-06-25T13:40+0400
2023-06-25T13:40+0400
magistral
rusiya
"vaqner" qruplaşması
rostov
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/06/19/456267525_0:88:3196:1886_1920x0_80_0_0_e57d4212fbaa6539169362bad6550dba.jpg
BAKI, 25 iyun — Sputnik. Ötən gün hərəkətin məhdudlaşdırıldığı Taqanroq-Rostov-na-Donu magistralında nəqliyyatın hərəkəti bərpa edilib. Bu barədə Taqanroq administrasiyasının rəhbəri Andrey Fateyev öz Telegram kanalında bildirib. Fateyev həmçinin çətin şəraitdə şəhərdə həyatı təmin edən sistemlərin və hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş işini təmin edən hər kəsə təşəkkür edib. "Səbir və anlayışa görə şəhər sakinlərinə və qonaqlarına ayrı-ayrılıqda təşəkkür edirəm", - deyə administrasiya rəhbəri əlavə edib. Onun sözlərinə görə, bütün şəhər xidmətləri adi qaydada işlərini davam etdirir. Bundan əvvəl Baza Telegram kanalı Rostov-na-Donudan Taqanroqa doğru gedən yolun "Vaqner" ÖHŞ-in hərbçiləri tərəfindən minalanmış olduğunu bildirmişdi. İyunun 24-də səhər saatlarında Vaqner qüvvələri Rostov-na-Donuya daxil olub, şəhərin küçələrində hərbi texnika və döyüşçülərin fotoşəkilləri yayılıb. Rusiya prezidenti Vladimir Putin ruslara müraciətində bunu qiyam adlandırıb və cəmiyyəti parçalamaq cəhdini "kürəkdən vurulan bıçaq" adlandırıb. Putin əlavə edib ki, "xəyanət yoluna bilərəkdən qoşulanlar qaçılmaz cəzaya məruz qalacaqlar".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/19/456267525_162:0:2893:2048_1920x0_80_0_0_853a7a958150e4e3df50dc8a068692ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
magistral, "vaqner" qruplaşması, rostov, putin, rusiya prezidenti vladimir putin, vladimir putin
magistral, "vaqner" qruplaşması, rostov, putin, rusiya prezidenti vladimir putin, vladimir putin
Taqanroq-Rostov-na-Donu magistralında nəqliyyatın hərəkəti bərpa edildi
Baza Telegram kanalı Rostov-na-Donu Taqanroqa doğru yolun "Vaqner" ÖHŞ hərbçiləri tərəfindən minalanmış olduğunu bildirmişdi.
BAKI, 25 iyun — Sputnik. Ötən gün hərəkətin məhdudlaşdırıldığı Taqanroq-Rostov-na-Donu magistralında nəqliyyatın hərəkəti bərpa edilib. Bu barədə Taqanroq administrasiyasının rəhbəri Andrey Fateyev öz Telegram kanalında bildirib.
Fateyev həmçinin çətin şəraitdə şəhərdə həyatı təmin edən sistemlərin və hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş işini təmin edən hər kəsə təşəkkür edib.
"Səbir və anlayışa görə şəhər sakinlərinə və qonaqlarına ayrı-ayrılıqda təşəkkür edirəm", - deyə administrasiya rəhbəri əlavə edib.
Onun sözlərinə görə, bütün şəhər xidmətləri adi qaydada işlərini davam etdirir.
Bundan əvvəl Baza Telegram kanalı Rostov-na-Donudan Taqanroqa doğru gedən yolun "Vaqner" ÖHŞ-in hərbçiləri tərəfindən minalanmış olduğunu bildirmişdi.
İyunun 24-də səhər saatlarında Vaqner qüvvələri Rostov-na-Donuya daxil olub, şəhərin küçələrində hərbi texnika və döyüşçülərin fotoşəkilləri yayılıb.
Rusiya prezidenti Vladimir Putin ruslara müraciətində bunu qiyam adlandırıb və cəmiyyəti parçalamaq cəhdini "kürəkdən vurulan bıçaq" adlandırıb. Putin əlavə edib ki, "xəyanət yoluna bilərəkdən qoşulanlar qaçılmaz cəzaya məruz qalacaqlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.