https://sputnik.az/20230625/simali-koreya-rusiyani-destekleyir---xn-456280349.html
Şimali Koreya Rusiyanı dəstəkləyir - XİN
Şimali Koreya Rusiyanı dəstəkləyir - XİN
Sputnik Azərbaycan
Söhbət zamanı nazir müavini Rusiyadakı silahlı qiyamın rus xalqının istək və iradəsinə uyğun olaraq tezliklə yatırılacağına əmin olduğunu bildirib. 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T15:59+0400
2023-06-25T15:59+0400
2023-06-25T15:59+0400
şimali koreya
rusiya
putin
vladimir putin
"vaqner" qruplaşması
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0a/447275817_0:0:3072:1728_1920x0_80_0_0_d7eefc221406cc2203e1cc42f00b9fc5.jpg
BAKI, 25 iyun — Sputnik. Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi bildirib ki, Pxenyan "Vaqner" qiyamı ətrafında yaranmış vəziyyətdə Moskvanı dəstəkləyir. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Bazar günü KXDR xarici işlər nazirinin müavini İm Çon İl Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora ilə görüşüb. "Söhbət zamanı nazir müavini Rusiyadakı silahlı qiyamın rus xalqının istək və iradəsinə uyğun olaraq tezliklə yatırılacağına əmin olduğunu bildirib və qeyd edib ki, KXDR Rusiya rəhbərliyinin istənilən qərarını və seçimini qəti şəkildə dəstəkləyəcək", - deyə o bildirib. İm Çon İlin sözlərinə görə, o, şübhə etmir ki, "Rusiyanın güclü ordusu və xalqı istənilən çətinlikdən və sınaqdan çıxacaq" və Ukraynada keçirilən xüsusi hərbi əməliyyat çərçivəsində qəhrəmancasına qələbə qazanacaq. İyunun 24-də səhər saatlarında "Vaqner" qüvvələri Rostov-na-Donuya daxil olub, şəhərin küçələrində hərbi texnika və döyüşçülərin fotoşəkilləri yayılıb. Rusiya Prezidenti Vladimir Putin ruslara müraciətində bunu qiyam adlandırıb və cəmiyyəti parçalamaq cəhdini "kürəkdən vurulan bıçaq" adlandırıb. Putin əlavə edib ki, "xəyanət yoluna bilərəkdən qoşulanlar qaçılmaz cəzaya məruz qalacaqlar".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0a/447275817_341:0:3072:2048_1920x0_80_0_0_f065de47254aba2b97e7b8f9bd04d622.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şimali koreya, putin, vladimir putin, "vaqner" qruplaşması
şimali koreya, putin, vladimir putin, "vaqner" qruplaşması
Şimali Koreya Rusiyanı dəstəkləyir - XİN
Söhbət zamanı nazir müavini Rusiyadakı silahlı qiyamın rus xalqının istək və iradəsinə uyğun olaraq tezliklə yatırılacağına əmin olduğunu bildirib.
BAKI, 25 iyun — Sputnik. Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi bildirib ki, Pxenyan "Vaqner" qiyamı ətrafında yaranmış vəziyyətdə Moskvanı dəstəkləyir.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Bazar günü KXDR xarici işlər nazirinin müavini İm Çon İl Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora ilə görüşüb.
"Söhbət zamanı nazir müavini Rusiyadakı silahlı qiyamın rus xalqının istək və iradəsinə uyğun olaraq tezliklə yatırılacağına əmin olduğunu bildirib və qeyd edib ki, KXDR Rusiya rəhbərliyinin istənilən qərarını və seçimini qəti şəkildə dəstəkləyəcək", - deyə o bildirib.
İm Çon İlin sözlərinə görə, o, şübhə etmir ki, "Rusiyanın güclü ordusu və xalqı istənilən çətinlikdən və sınaqdan çıxacaq" və Ukraynada keçirilən xüsusi hərbi əməliyyat çərçivəsində qəhrəmancasına qələbə qazanacaq.
İyunun 24-də səhər saatlarında "Vaqner" qüvvələri Rostov-na-Donuya daxil olub, şəhərin küçələrində hərbi texnika və döyüşçülərin fotoşəkilləri yayılıb.
Rusiya Prezidenti Vladimir Putin ruslara müraciətində bunu qiyam adlandırıb və cəmiyyəti parçalamaq cəhdini "kürəkdən vurulan bıçaq" adlandırıb. Putin əlavə edib ki, "xəyanət yoluna bilərəkdən qoşulanlar qaçılmaz cəzaya məruz qalacaqlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.