https://sputnik.az/20230625/rusiya-taxil-sazisi-ile-bagli-bmt-nin-movqeyinden-teeccublenir-456260969.html
Rusiya taxıl sazişi ilə bağlı BMT-nin mövqeyindən təəccüblənir
Rusiya taxıl sazişi ilə bağlı BMT-nin mövqeyindən təəccüblənir
Sputnik Azərbaycan
Memorandumda nəzərdə tutulan "beş" istiqamət üzrə "vəzifələrdən üçü - Rosselxozbank-ın SWIFT-ə qoşulması, ehtiyat hissələrinin tədarükü və Togliatti-Odessa... 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T13:27+0400
2023-06-25T13:27+0400
2023-06-25T13:27+0400
taxıl
rusiya
rusiya xin
antonio quterreş
birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_0:160:3073:1889_1920x0_80_0_0_bcbfd24835174d4bd9e7017ec842469d.jpg
BAKI, 25 iyun — Sputnik. Moskva BMT-nin Rusiya kənd təsərrüfatı məhsullarının ixracına dair memorandumun icrası ilə bağlı mövqeyindən təəccüblənir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. "Ukrayna ərzaq məhsullarının ixracına dair "Qara dəniz təşəbbüsü"nün başa çatması yaxınlaşdıqca, BMT nümayəndələri sazişin uzadılması və hətta genişləndirilməsinin tərəfdarı olmaqla bağlı bəyanatlarla çıxış edir və yorulmaz səyləri barədə hesabat verirlər. Rusiya-BMT memorandumu çərçivəsində ümumiyyətlə heç bir iş görülməyib", - deyə Nazirliyin məlumatında qeyd olunub. "Memorandumda nəzərdə tutulan "beş" istiqamət üzrə "vəzifələrdən üçü - Rosselxozbank-ın SWIFT-ə qoşulması, ehtiyat hissələrinin tədarükü və Togliatti-Odessa ammonyak boru kəmərinin bərpası faktiki olaraq gündəmdən çıxarılıb. Qalan ikisi üçün - nəqliyyat logistikasının və sığortanın normallaşdırılması, bank aktivlərinin blokdan çıxarılması ilə bağlı heç bir irəliləyiş görünmür. Bu şəraitdə BMT-nin yorulmaz səyləri ilə bağlı nikbin bəyanatları ilə dünya ictimaiyyətini çaşdırmaq cəhdləri daha təəccüblüdür, çünki bir il keçsə də, heç bir nəticə vermədi", - Rusiya XİN-in saytında dərc olunan məlumatda deyilir. Xarici İşlər Nazirliyi BMT-nin baş katibi Antonio Quterreşin Qara Dəniz Təşəbbüsü çərçivəsində Ukraynanın ərzaq ixracının həcminin azalması ilə bağlı məyusluq ifadəsini yersiz adlandırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_171:0:2902:2048_1920x0_80_0_0_2455d8b6766f2cde6293fd8461e9ce40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
taxıl, rusiya xin, antonio quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş, ukrayna
taxıl, rusiya xin, antonio quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş, ukrayna
Rusiya taxıl sazişi ilə bağlı BMT-nin mövqeyindən təəccüblənir
Memorandumda nəzərdə tutulan "beş" istiqamət üzrə "vəzifələrdən üçü - Rosselxozbank-ın SWIFT-ə qoşulması, ehtiyat hissələrinin tədarükü və Togliatti-Odessa ammonyak boru kəmərinin bərpası faktiki olaraq gündəmdən çıxarılıb.
BAKI, 25 iyun — Sputnik. Moskva BMT-nin Rusiya kənd təsərrüfatı məhsullarının ixracına dair memorandumun icrası ilə bağlı mövqeyindən təəccüblənir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Ukrayna ərzaq məhsullarının ixracına dair "Qara dəniz təşəbbüsü"nün başa çatması yaxınlaşdıqca, BMT nümayəndələri sazişin uzadılması və hətta genişləndirilməsinin tərəfdarı olmaqla bağlı bəyanatlarla çıxış edir və yorulmaz səyləri barədə hesabat verirlər. Rusiya-BMT memorandumu çərçivəsində ümumiyyətlə heç bir iş görülməyib", - deyə Nazirliyin məlumatında qeyd olunub.
"Memorandumda nəzərdə tutulan "beş" istiqamət üzrə "vəzifələrdən üçü - Rosselxozbank-ın SWIFT-ə qoşulması, ehtiyat hissələrinin tədarükü və Togliatti-Odessa ammonyak boru kəmərinin bərpası faktiki olaraq gündəmdən çıxarılıb. Qalan ikisi üçün - nəqliyyat logistikasının və sığortanın normallaşdırılması, bank aktivlərinin blokdan çıxarılması ilə bağlı heç bir irəliləyiş görünmür. Bu şəraitdə BMT-nin yorulmaz səyləri ilə bağlı nikbin bəyanatları ilə dünya ictimaiyyətini çaşdırmaq cəhdləri daha təəccüblüdür, çünki bir il keçsə də, heç bir nəticə vermədi", - Rusiya XİN-in saytında dərc olunan məlumatda deyilir.
Xarici İşlər Nazirliyi BMT-nin baş katibi Antonio Quterreşin Qara Dəniz Təşəbbüsü çərçivəsində Ukraynanın ərzaq ixracının həcminin azalması ilə bağlı məyusluq ifadəsini yersiz adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.