https://sputnik.az/20230625/rusiya-butun-dunyaya-usyani-minimum-zererle-yatirmaq-modelini-gosterib--baturin-456283797.html
Rusiya bütün dünyaya üsyanı minimum zərərlə yatırmaq modelini göstərib – Baturin
Rusiya bütün dünyaya üsyanı minimum zərərlə yatırmaq modelini göstərib – Baturin
Sputnik Azərbaycan
Cəmiyyət dövlət başçısına etibar edir. Sanksiyalar, beynəlxalq təcrid cəhdləri, informasiya müharibəsi heç bir nəticə vermədiyi kimi, daxili təlatümlər də... 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T17:20+0400
2023-06-25T17:20+0400
2023-06-25T17:20+0400
rusiya
"vaqner" qruplaşması
yevgeni priqojin
https://cdnn1.img.sputnik.az/img/07e7/06/19/456283628_0:0:3072:1728_1920x0_80_0_0_9f7f1a9bea003b127e76b32822a48570.jpg
BAKI, 25 iyun — Sputnik. Rusiya Yevgeni Priqojinin "Vaqner" qrupu ilə yaranan vəziyyətdə bütün dünyaya üsyanı minimum zərərlə yatırmağın model və imkanını nümayiş etdirib. Bunu Krımdan olan politoloq Denis Baturin "RİA Novosti"yə bildirib. "Rusiya bütün dünyaya üsyanı minimal zərərlə yatırmağın modelini və imkanlarını nümayiş etdirdi. Qərbdə səbirsizliklə gözlənilən, həmçinin Kiyevdən gələn informasiya və təxribat üsulları ilə qızışdırılan daxili qarışıqlığın heç bir perspektivi yoxdur. Cəmiyyət dövlət başçısına etibar edir. Sanksiyalar, beynəlxalq təcrid cəhdləri, informasiya müharibəsi heç bir nəticə vermədiyi kimi, daxili təlatümlər də dövlətimizin əsaslarını sarsıda bilmədi. Onun ictimai və elit dəstəyi yoxdur", - deyə Baturin bildirib. Onun sözlərinə görə, baş vermiş hadisələrdən sonra ciddi nəticələr gözləmək lazımdır. "Xarici qüvvələr və müvəffəqiyyətsiz benefisiarlar isə diqqət yetirməlidirlər ki, razılaşmalara əsasən" "Vaqner" Özəl Hərbi Şirkətinin rəhbəri "Belarusa gedir". Belarus Rusiya nüvə silahının yerləşdiyi Ittifaq Dövlətinin iştirakçısıdır. Minskdən isə Kiyevə Baxmutdan daha yaxındır, elə Varşavaya da o qədər də uzaq deyil", - deyə politoloq vurğulayıb. İyunun 24-nə keçən gecə Rostov-na-Donuda "Vaqner" Özəl Hərbi Şirkəti Cənub Hərbi Dairəsinin qərargahını ələ keçirib. Hadisə Yevgeni Priqojinin Rusiya Silahlı Qüvvələrinin Özəl Hərbi Şirkətin düşərgələrinə raket və bomba hücumları törətdiyi iddiası ilə bağlı açıqlamaları fonunda baş verib - bu həm Rusiya Müdafiə Nazirliyi, həm də FTB tərəfindən təkzib edilib. Rusiya Prezidenti Vladimir Putin "Vaqnerçilər"in hərəkətlərini cinayət avantürası adlandırıb, Priqojinə silahlı üsyan təşkil etdiyinə görə cinayət işi açılıb. Daha sonra Belarus prezidentinin mətbuat xidməti bildirib ki, Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb və o, Rusiyada Vaqner hərəkatını dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov şənbə günü axşam Özəl Hərbi Şirkətin rəhbərinin "Belarusa gedəcəyini" və cinayət işinə xitam veriləcəyini söyləyib. Kreml bildirib ki, Priqojinin Belarusa gedə biləcəyinə zəmanət Rusiya prezidentinin sözüdür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/19/456283628_0:0:2732:2048_1920x0_80_0_0_c3b3c3ac4cfe5c03e692adfa378d3b82.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
"vaqner" qruplaşması, yevgeni priqojin
"vaqner" qruplaşması, yevgeni priqojin
Rusiya bütün dünyaya üsyanı minimum zərərlə yatırmaq modelini göstərib – Baturin
Cəmiyyət dövlət başçısına etibar edir. Sanksiyalar, beynəlxalq təcrid cəhdləri, informasiya müharibəsi heç bir nəticə vermədiyi kimi, daxili təlatümlər də Rusiya dövlətinin əsaslarını sarsıda bilmədi.
BAKI, 25 iyun — Sputnik. Rusiya Yevgeni Priqojinin "Vaqner" qrupu ilə yaranan vəziyyətdə bütün dünyaya üsyanı minimum zərərlə yatırmağın model və imkanını nümayiş etdirib.
Bunu Krımdan olan politoloq Denis Baturin "RİA Novosti"yə bildirib.
"Rusiya bütün dünyaya üsyanı minimal zərərlə yatırmağın modelini və imkanlarını nümayiş etdirdi. Qərbdə səbirsizliklə gözlənilən, həmçinin Kiyevdən gələn informasiya və təxribat üsulları ilə qızışdırılan daxili qarışıqlığın heç bir perspektivi yoxdur. Cəmiyyət dövlət başçısına etibar edir. Sanksiyalar, beynəlxalq təcrid cəhdləri, informasiya müharibəsi heç bir nəticə vermədiyi kimi, daxili təlatümlər də dövlətimizin əsaslarını sarsıda bilmədi. Onun ictimai və elit dəstəyi yoxdur", - deyə Baturin bildirib.
Onun sözlərinə görə, baş vermiş hadisələrdən sonra ciddi nəticələr gözləmək lazımdır.
"Xarici qüvvələr və müvəffəqiyyətsiz benefisiarlar isə diqqət yetirməlidirlər ki, razılaşmalara əsasən" "Vaqner" Özəl Hərbi Şirkətinin rəhbəri "Belarusa gedir". Belarus Rusiya nüvə silahının yerləşdiyi Ittifaq Dövlətinin iştirakçısıdır. Minskdən isə Kiyevə Baxmutdan daha yaxındır, elə Varşavaya da o qədər də uzaq deyil", - deyə politoloq vurğulayıb.
İyunun 24-nə keçən gecə Rostov-na-Donuda "Vaqner" Özəl Hərbi Şirkəti Cənub Hərbi Dairəsinin qərargahını ələ keçirib. Hadisə Yevgeni Priqojinin Rusiya Silahlı Qüvvələrinin Özəl Hərbi Şirkətin düşərgələrinə raket və bomba hücumları törətdiyi iddiası ilə bağlı açıqlamaları fonunda baş verib - bu həm Rusiya Müdafiə Nazirliyi, həm də FTB tərəfindən təkzib edilib.
Rusiya Prezidenti Vladimir Putin "Vaqnerçilər"in hərəkətlərini cinayət avantürası adlandırıb, Priqojinə silahlı üsyan təşkil etdiyinə görə cinayət işi açılıb.
Daha sonra Belarus prezidentinin mətbuat xidməti bildirib ki, Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb və o, Rusiyada Vaqner hərəkatını dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib.
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov şənbə günü axşam Özəl Hərbi Şirkətin rəhbərinin "Belarusa gedəcəyini" və cinayət işinə xitam veriləcəyini söyləyib. Kreml bildirib ki, Priqojinin Belarusa gedə biləcəyinə zəmanət Rusiya prezidentinin sözüdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.