https://sputnik.az/20230625/putin-xhe-ucun-silah-istehsali-sosial-ohdelikler-hesabina-olmamalidir-456283465.html
Putin: XHƏ üçün silah istehsalı sosial öhdəliklər hesabına olmamalıdır
Putin: XHƏ üçün silah istehsalı sosial öhdəliklər hesabına olmamalıdır
Sputnik Azərbaycan
Rusiyada bütün makroiqtisadi göstəricilər normaldır, minimum inflyasiya 2,3%, işsizlik minimaldır, son bir ildə tikinti rekord səviyyəyə çatıb və temp qorunub... 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T16:29+0400
2023-06-25T16:29+0400
2023-06-25T16:47+0400
rusiya prezidenti vladimir putin
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/06/18/456231629_339:739:2667:2048_1920x0_80_0_0_906daae25a102a3d2f350fbc123a59d2.jpg
BAKI, 25 iyun — Sputnik. Xüsusi hərbi əməliyyatın ehtiyacları üçün silah istehsalının sürətinin və həcminin artırılması vətəndaşların sosial təminatına ziyan vurmamalıdır. Bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalının efirində nümayiş olunan "Moskva. Kreml. Putin" proqramında jurnalist Pavel Zarubinə müsahibəsində deyib. "Əlbəttə, biz həmişə maliyyə dəstəyindən danışırıq ki, silah və texnikanın istehsalı lazımi tempdə və lazımi həcmdə, lazımi keyfiyyətdə olsun, eyni zamanda, biz vətəndaşlar qarşısında üzərimizə düşən bütün vəzifələri yerinə yetirməliyik", - Putin bildirib. O qeyd edib ki, bu, tibb, yol tikintisi, təhsilə aiddir. "Hər şey, belə demək mümkünsə, bir-biri ilə harmoniyada olmalıdır, o cümlədən müdafiə qabiliyyətinin artırılması sahəsindəki səylərimiz əsas məsələyə xələl gətirməməlidir! Bunun əsası isə iqtisadiyyatdır", - Rusiya prezidenti bildirib. O xatırladıb ki, ölkədə bütün makroiqtisadi göstəricilər normaldır, minimum inflyasiya 2,3%, işsizlik minimaldır, son bir ildə tikinti rekord səviyyəyə çatıb və temp qorunub, səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən planlar tam icra olunur. "Bütün bunlar özümüzü inamlı hiss etdiyimiz şərait yaradır. Və təbii ki, biz qarşımızda duran bütün plan və vəzifələri, qarşımızda duran bütün tapşırıq və planları həyata keçirə bilirik. Bütövlükdə bu iqtisadiyyata və onun ayrı-ayrı sahələrinə aiddir", - Putin vurğulayıb. O əlavə edib ki, bütün bunlar gecə-gündüz edilməlidir. "Birincisi, mən son vaxtlar çox gec yatırdım... Amma təbii ki, mən həmişə əlaqə saxlamalıyam. Bu belə olur. Həmişə, həmişə mənimlə əlaqə saxlayın!", - Rusiya lideri qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/18/456231629_573:710:2356:2048_1920x0_80_0_0_9fd6759fa452f541fc8ee1efc69c66ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin
rusiya prezidenti vladimir putin
Putin: XHƏ üçün silah istehsalı sosial öhdəliklər hesabına olmamalıdır
16:29 25.06.2023 (Yenilənib: 16:47 25.06.2023) Rusiyada bütün makroiqtisadi göstəricilər normaldır, minimum inflyasiya 2,3%, işsizlik minimaldır, son bir ildə tikinti rekord səviyyəyə çatıb və temp qorunub, səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən planlar tam icra olunur.
BAKI, 25 iyun — Sputnik. Xüsusi hərbi əməliyyatın ehtiyacları üçün silah istehsalının sürətinin və həcminin artırılması vətəndaşların sosial təminatına ziyan vurmamalıdır. Bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalının efirində nümayiş olunan "Moskva. Kreml. Putin" proqramında jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
"Əlbəttə, biz həmişə maliyyə dəstəyindən danışırıq ki, silah və texnikanın istehsalı lazımi tempdə və lazımi həcmdə, lazımi keyfiyyətdə olsun, eyni zamanda, biz vətəndaşlar qarşısında üzərimizə düşən bütün vəzifələri yerinə yetirməliyik", - Putin bildirib.
O qeyd edib ki, bu, tibb, yol tikintisi, təhsilə aiddir.
"Hər şey, belə demək mümkünsə, bir-biri ilə harmoniyada olmalıdır, o cümlədən müdafiə qabiliyyətinin artırılması sahəsindəki səylərimiz əsas məsələyə xələl gətirməməlidir! Bunun əsası isə iqtisadiyyatdır", - Rusiya prezidenti bildirib.
O xatırladıb ki, ölkədə bütün makroiqtisadi göstəricilər normaldır, minimum inflyasiya 2,3%, işsizlik minimaldır, son bir ildə tikinti rekord səviyyəyə çatıb və temp qorunub, səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən planlar tam icra olunur.
"Bütün bunlar özümüzü inamlı hiss etdiyimiz şərait yaradır. Və təbii ki, biz qarşımızda duran bütün plan və vəzifələri, qarşımızda duran bütün tapşırıq və planları həyata keçirə bilirik. Bütövlükdə bu iqtisadiyyata və onun ayrı-ayrı sahələrinə aiddir", - Putin vurğulayıb.
O əlavə edib ki, bütün bunlar gecə-gündüz edilməlidir.
"Birincisi, mən son vaxtlar çox gec yatırdım... Amma təbii ki, mən həmişə əlaqə saxlamalıyam. Bu belə olur. Həmişə, həmişə mənimlə əlaqə saxlayın!", - Rusiya lideri qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.