https://sputnik.az/20230625/leyla-eliyevanin-tesebbusu-ile-tumende-amor-un-forumu-kecirilib-456280211.html
Leyla Əliyevanın təşəbbüsü ilə Tümendə AMOR-un Forumu keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə Tümendə AMOR-un Forumu keçirilib
Sputnik Azərbaycan
Tədbirin fəxri qonaqları Tümen vilayətinin Millətlərlə İş üzrə Komitəsinin şöbə müdiri Vildan Yakupov, İdman və Gənclər Siyasəti Departamentinin nümayəndəsi... 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T16:12+0400
2023-06-25T16:12+0400
2023-06-25T16:12+0400
leyla əliyeva
rusiya
tümen
https://cdnn1.img.sputnik.az/img/07e7/06/19/456280048_0:30:1200:705_1920x0_80_0_0_3bcd2055326a3111f83f498b23c6ff58.jpg
BAKI, 25 iyun — Sputnik. Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə iyunun 22-24-də Tümen şəhərində AMOR-un Ural-Sibir Regionlararası Forumu keçirilib. Təşkilatın yeddinci regionlararası forumu olan bu tədbirdə təşkilatın 12 nümayəndəliyi iştirak edib. Tədbirin fəxri qonaqları Tümen vilayətinin Millətlərlə İş üzrə Komitəsinin şöbə müdiri Vildan Yakupov, İdman və Gənclər Siyasəti Departamentinin nümayəndəsi Marina Şestakova, Tümen Regional Dumasının deputatı Larisa Tsupikova olublar. Forum çərçivəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Rusiya Federasiyasında AMOR tərəfindən keçirilən tədbirlər haqqında məlumat verilmişdir. İştirakçılar arasında müzakirələr zamanı Rusiya Federasiyasında Azərbaycan gəncliyinin hərtərəfli inkişafına yönəlmiş və yaxın gələcəkdə həyata keçiriləcək layihələrin ümumi hədəfləri, planları qeyd edilib. Forum zamanı regional bölmələrin nümayəndələri könüllülük, ekologiya və sağlam həyat tərzi sahəsində planlaşdırılan layihələri müzakirə edib, cari və qarşıda duran tədbirlər haqqında məlumat və fikir mübadiləsi aparıblar. Daha sonra regional bölmələrin inkişaf perspektivləri qeyd edilib və qarşıda duran hədəflər müəyyən olunub. Həmçinin 24 iyun tarixində sözügedən forum çərçivəsində "Xalqlar Dostluğu" parkında təşkilatın ənənəvi ağacəkmə aksiyası baş tutub. Bu aksiyada AMOR-un nümayəndələri, Tümen şəhər Administrasiyasının İdman və Gənclər Siyasəti Departamentinin müdiri və Tümen şəhər Administrasiyasının Millətlərarası Əlaqələr Komitəsinin nümayəndəsi iştirak edib. Forumun rəsmi hissəsinin sonunda iştirakçılar "Svoboda" teatrında görkəmli geoloq Fərman Salmanovun həyatından bəhs edən "İzlənilməz optimist" tamaşasına baxıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/19/456280048_133:0:1200:800_1920x0_80_0_0_54e2e59ee65095a115966d83ad129eec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
leyla əliyeva, tümen
Leyla Əliyevanın təşəbbüsü ilə Tümendə AMOR-un Forumu keçirilib
Tədbirin fəxri qonaqları Tümen vilayətinin Millətlərlə İş üzrə Komitəsinin şöbə müdiri Vildan Yakupov, İdman və Gənclər Siyasəti Departamentinin nümayəndəsi Marina Şestakova, Tümen Regional Dumasının deputatı Larisa Tsupikova olublar.
BAKI, 25 iyun — Sputnik. Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə iyunun 22-24-də Tümen şəhərində AMOR-un Ural-Sibir Regionlararası Forumu keçirilib.
Təşkilatın yeddinci regionlararası forumu olan bu tədbirdə təşkilatın 12 nümayəndəliyi iştirak edib.
Tədbirin fəxri qonaqları Tümen vilayətinin Millətlərlə İş üzrə Komitəsinin şöbə müdiri Vildan Yakupov, İdman və Gənclər Siyasəti Departamentinin nümayəndəsi Marina Şestakova, Tümen Regional Dumasının deputatı Larisa Tsupikova olublar.
Forum çərçivəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Rusiya Federasiyasında AMOR tərəfindən keçirilən tədbirlər haqqında məlumat verilmişdir. İştirakçılar arasında müzakirələr zamanı Rusiya Federasiyasında Azərbaycan gəncliyinin hərtərəfli inkişafına yönəlmiş və yaxın gələcəkdə həyata keçiriləcək layihələrin ümumi hədəfləri, planları qeyd edilib. Forum zamanı regional bölmələrin nümayəndələri könüllülük, ekologiya və sağlam həyat tərzi sahəsində planlaşdırılan layihələri müzakirə edib, cari və qarşıda duran tədbirlər haqqında məlumat və fikir mübadiləsi aparıblar. Daha sonra regional bölmələrin inkişaf perspektivləri qeyd edilib və qarşıda duran hədəflər müəyyən olunub.
Həmçinin 24 iyun tarixində sözügedən forum çərçivəsində "Xalqlar Dostluğu" parkında təşkilatın ənənəvi ağacəkmə aksiyası baş tutub. Bu aksiyada AMOR-un nümayəndələri, Tümen şəhər Administrasiyasının İdman və Gənclər Siyasəti Departamentinin müdiri və Tümen şəhər Administrasiyasının Millətlərarası Əlaqələr Komitəsinin nümayəndəsi iştirak edib.
Forumun rəsmi hissəsinin sonunda iştirakçılar "Svoboda" teatrında görkəmli geoloq Fərman Salmanovun həyatından bəhs edən "İzlənilməz optimist" tamaşasına baxıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.