Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml: Priqojinə qarşı cinayət işinə xitam veriləcək və o, Belarusa gedəcək

© Sputnik "Vaqner" Özəl Hərbi Şirkətinin( ÖHŞ) təsisçisi Yevgeni Priqojin
 Vaqner Özəl Hərbi Şirkətinin( ÖHŞ) təsisçisi Yevgeni Priqojin - Sputnik Azərbaycan, 1920, 25.06.2023
Abunə olmaq
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov silahlı üsyanın təşkilinə cəhd edən Yevgeni Priqojinə qarşı cinayət işinə xitam veriləcəyini açıqlayıb.
BAKI, 25 iyun - Sputnik. "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə qarşı cinayət işinə xitam veriləcək.
Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Kremlin təmsilçisi həmçinin qeyd edib ki, Yevgeni Priqojin Belarusa gedəcək. Bu barədə razılaşma Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Yevgeni Priqojin arasında aparılan danışıqlar zamanı əldə edilib.
Qeyd edək ki, iyunun 24-də Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin razılığı əsasında "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.
Priqojin Belarus prezidentinin öz döyüşçülərinin Rusiya boyu irəliləməsini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib. Müzakirə masasına "Vaqner" döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə vəziyyətin həlli üçün sərfəli və məqbul variantlar çıxarılıb.
"Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya ərazisində Vaqner özəl hərbi şirkətinin silahlı şəxslərinin hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib", - Belarus liderinin mətbuat xidməti şənbə günü bildirib.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər. Hakimiyyət şəhər sakinlərini küçələrdən hərbi texnikanın keçə biləcəyi səbəbi ilə diqqətli olmağa çağırıb. FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.
Prezident Vladimir Putin ruslara müraciətində bildirib ki, üsyana cəhddə günahkar olanların hamısı qaçılmaz cəzaya məruz qalacaq, qanun və xalq qarşısında cavab verəcək. O, həmçinin qeyd edib ki, mülki və hərbi hakimiyyət orqanlarının işinin faktiki olaraq bloklandığı Rostov-na-Donuda vəziyyəti sabitləşdirmək üçün qəti addımlar atılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0