https://sputnik.az/20230624/usyan-rusiyanin-xarici-dusmenlerinin-eline-isleyir---xn-456253197.html
Üsyan Rusiyanın xarici düşmənlərinin əlinə işləyir - XİN
Üsyan Rusiyanın xarici düşmənlərinin əlinə işləyir - XİN
Sputnik Azərbaycan
Baş verən silahlı qiyama cəhd Rusiya Federasiyasının Prezidenti Vladimir Putini güclü dəstəkləyən Rusiya cəmiyyətində kəskin etiraza səbəb olur. 24.06.2023, Sputnik Azərbaycan
2023-06-24T21:00+0400
2023-06-24T21:00+0400
2023-06-24T21:56+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
rusiya xin
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273977_0:0:3072:1728_1920x0_80_0_0_ec565cb49958a4b9a36291e136e5583a.jpg
BAKI, 24 iyun - Sputnik. Qiyam Rusiyanın xarici düşmənlərinin əlinə oynayır.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.“Ölkəmizdə baş verən silahlı qiyama cəhd Rusiya Federasiyasının Prezidenti Vladimir Putini güclü dəstəkləyən Rusiya cəmiyyətində kəskin etiraza səbəb olur. Sui-qəsdçilərin avantürist istəkləri əslində Rusiyada sabitliyi və birliyimizi pozmaq, Rusiya Federasiyasının etibarlı beynəlxalq təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş səylərini sarsıtmaq məqsədi daşıyır. Belə olan halda, üsyan Rusiyanın xarici düşmənlərinin əlinə işləyir.Biz Qərb ölkələrini rusofobik məqsədlərinə çatmaq üçün Rusiyanın daxili vəziyyətindən istifadəyə dair hər hansı işarəyə qarşı xəbərdarlıq edirik. Bu cür cəhdlər əbəsdir və nə Rusiyada, nə də xaricdəki sağlam düşüncəli siyasi qüvvələr arasında dəstək tapa bilər. Biz əminik ki, yaxın gələcəkdə vəziyyət Rusiya xalqının və Rusiya dövlətinin əsrlər boyu davam edən müdrikliyinə layiq öz həllini tapacaq.Xüsusi hərbi əməliyyatın bütün məqsəd və vəzifələri yerinə yetiriləcək.Ölkəmiz öz təhlükəsizliyini təmin etmək, dəyərlərini qorumaq, beynəlxalq aləmdə nüfuzunu gücləndirmək, çoxqütblü ədalətli dünya nizamını formalaşdırmaq üçün suveren kursunu davam etdirəcək. Biz müttəfiqlərimizin və xarici tərəfdaşlarımızın bu prinsipial mövqeyini başa düşməsini çox yüksək qiymətləndiririk və artıq bu barədə tam məlumatlıyıq”, - bəyanatda vurğulanıb.Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər. Hakimiyyət şəhər sakinlərini küçələrdən hərbi texnikanın keçə biləcəyi səbəbi ilə diqqətli olmağa çağırıb. FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273977_70:0:2801:2048_1920x0_80_0_0_52ad119aa9017139f14e50aefa5753b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, rusiya xin
putin, rusiya prezidenti vladimir putin, rusiya xin
Üsyan Rusiyanın xarici düşmənlərinin əlinə işləyir - XİN
21:00 24.06.2023 (Yenilənib: 21:56 24.06.2023) Baş verən silahlı qiyama cəhd Rusiya Federasiyasının Prezidenti Vladimir Putini güclü dəstəkləyən Rusiya cəmiyyətində kəskin etiraza səbəb olur.
BAKI, 24 iyun - Sputnik. Qiyam Rusiyanın xarici düşmənlərinin əlinə oynayır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Ölkəmizdə baş verən silahlı qiyama cəhd Rusiya Federasiyasının Prezidenti Vladimir Putini güclü dəstəkləyən Rusiya cəmiyyətində kəskin etiraza səbəb olur. Sui-qəsdçilərin avantürist istəkləri əslində Rusiyada sabitliyi və birliyimizi pozmaq, Rusiya Federasiyasının etibarlı beynəlxalq təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş səylərini sarsıtmaq məqsədi daşıyır. Belə olan halda, üsyan Rusiyanın xarici düşmənlərinin əlinə işləyir.
Biz Qərb ölkələrini rusofobik məqsədlərinə çatmaq üçün Rusiyanın daxili vəziyyətindən istifadəyə dair hər hansı işarəyə qarşı xəbərdarlıq edirik. Bu cür cəhdlər əbəsdir və nə Rusiyada, nə də xaricdəki sağlam düşüncəli siyasi qüvvələr arasında dəstək tapa bilər. Biz əminik ki, yaxın gələcəkdə vəziyyət Rusiya xalqının və Rusiya dövlətinin əsrlər boyu davam edən müdrikliyinə layiq öz həllini tapacaq.
Xüsusi hərbi əməliyyatın bütün məqsəd və vəzifələri yerinə yetiriləcək.
Ölkəmiz öz təhlükəsizliyini təmin etmək, dəyərlərini qorumaq, beynəlxalq aləmdə nüfuzunu gücləndirmək, çoxqütblü ədalətli dünya nizamını formalaşdırmaq üçün suveren kursunu davam etdirəcək. Biz müttəfiqlərimizin və xarici tərəfdaşlarımızın bu prinsipial mövqeyini başa düşməsini çox yüksək qiymətləndiririk və artıq bu barədə tam məlumatlıyıq”, - bəyanatda vurğulanıb.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər. Hakimiyyət şəhər sakinlərini küçələrdən hərbi texnikanın keçə biləcəyi səbəbi ilə diqqətli olmağa çağırıb. FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.