https://sputnik.az/20230624/sobyanin-iyunun-26-sini-moskvada-qeyri-is-gunu-elan-edib-456253364.html
Sobyanin iyunun 26-sını Moskvada qeyri-iş günü elan edib
Sobyanin iyunun 26-sını Moskvada qeyri-iş günü elan edib
Sputnik Azərbaycan
Şəhər meri bildirib ki, Moskvada antiterror əməliyyatı rejimi elan edilib, vəziyyət mürəkkəbdir. 24.06.2023, Sputnik Azərbaycan
2023-06-24T21:23+0400
2023-06-24T21:23+0400
2023-06-24T21:55+0400
rusiya
moskva
sergey sobyanin
"vaqner" qruplaşması
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852558_0:0:3071:1728_1920x0_80_0_0_ed48ce00ca3c43873386f16592197658.jpg
BAKI, 24 iyun - Sputnik. Moskva meri Sergey Sobyanin 26 iyun bazar ertəsini istirahət günü elan edib.Sobyanin riskləri minimuma endirmək üçün operativ qərargah çərçivəsində bazar ertəsini qeyri-iş günü elan etmək qərarına gəldiyini açıqlayıb.Onun sözlərinə görə, hakimiyyət orqanları və müəssisələri, hərbi-sənaye kompleksi və şəhər xidmətləri istisna olmaqla, qalan sahələr üçün 26 iyun qeyri-iş günü hesab olunur."Hörmətli vətəndaşlar, Moskvada antiterror əməliyyatı rejimi elan edilib. Vəziyyət mürəkkəbdir. Riskləri minimuma endirmək üçün mən operativ qərargah çərçivəsində bazar ertəsi gününü qeyri-iş günü elan etmək qərarına gəldim. Fasiləsiz işləyən hakimiyyət orqanları və müəssisələr, hərbi-sənaye kompleksi, şəhər xidmətləri istisnadır”, - Sobyanin Telegram kanalında yazıb.O, sakinləri mümkün qədər şəhər ətrafında səyahət etməkdən çəkinməyə, fövqəladə hallar və hadisələr barədə vaxtında 112-yə məlumat verməyə çağırıb.“Sizdən xahiş edirəm ki, mümkün qədər şəhəri gəzməkdən çəkinəsiniz. Müəyyən məhəllələrdə və müəyyən yollarda nəqliyyatın hərəkətini kəsmək mümkündür”, - Moskva meri bildirib.Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər. Hakimiyyət şəhər sakinlərini küçələrdən hərbi texnikanın keçə biləcəyi səbəbi ilə diqqətli olmağa çağırıb. FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852558_43:0:2774:2048_1920x0_80_0_0_94e27eed1f472f485f23b981fc6432c6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
moskva, sergey sobyanin, "vaqner" qruplaşması
moskva, sergey sobyanin, "vaqner" qruplaşması
Sobyanin iyunun 26-sını Moskvada qeyri-iş günü elan edib
21:23 24.06.2023 (Yenilənib: 21:55 24.06.2023) Şəhər meri bildirib ki, Moskvada antiterror əməliyyatı rejimi elan edilib, vəziyyət mürəkkəbdir.
BAKI, 24 iyun - Sputnik. Moskva meri Sergey Sobyanin 26 iyun bazar ertəsini istirahət günü elan edib.
Sobyanin riskləri minimuma endirmək üçün operativ qərargah çərçivəsində bazar ertəsini qeyri-iş günü elan etmək qərarına gəldiyini açıqlayıb.
Onun sözlərinə görə, hakimiyyət orqanları və müəssisələri, hərbi-sənaye kompleksi və şəhər xidmətləri istisna olmaqla, qalan sahələr üçün 26 iyun qeyri-iş günü hesab olunur.
"Hörmətli vətəndaşlar, Moskvada antiterror əməliyyatı rejimi elan edilib. Vəziyyət mürəkkəbdir. Riskləri minimuma endirmək üçün mən operativ qərargah çərçivəsində bazar ertəsi gününü qeyri-iş günü elan etmək qərarına gəldim. Fasiləsiz işləyən hakimiyyət orqanları və müəssisələr, hərbi-sənaye kompleksi, şəhər xidmətləri istisnadır”, - Sobyanin Telegram kanalında yazıb.
O, sakinləri mümkün qədər şəhər ətrafında səyahət etməkdən çəkinməyə, fövqəladə hallar və hadisələr barədə vaxtında 112-yə məlumat verməyə çağırıb.
“Sizdən xahiş edirəm ki, mümkün qədər şəhəri gəzməkdən çəkinəsiniz. Müəyyən məhəllələrdə və müəyyən yollarda nəqliyyatın hərəkətini kəsmək mümkündür”, - Moskva meri bildirib.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər. Hakimiyyət şəhər sakinlərini küçələrdən hərbi texnikanın keçə biləcəyi səbəbi ilə diqqətli olmağa çağırıb. FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.