Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Priqojin Lukaşenkonun "Vaqner"in hərəkətini dayandırmaq təklifini qəbul edib

© Sputnik / Anton Novoderezhkin / POOL / Mediabanka keçidAleksandr Lukaşenko
Aleksandr Lukaşenko - Sputnik Azərbaycan, 1920, 24.06.2023
Abunə olmaq
Lukaşenko Rusiya prezidenti Vlsdimir Putinin razılığı ilə Priqojinlə danışıqlar aparıb.
BAKI, 24 iyun - Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.
Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya ərazisində Vaqner özəl hərbi şirkətinin silahlı şəxslərinin hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib", - Belarus liderinin mətbuat xidməti şənbə günü bildirib.
Belarus prezidentinin mətbuat xidmətindən o da bildirilib ki, Lukaşenko Rusiya prezidentinin razılığı ilə Priqojinlə danışıqlar aparıb:
"Bu gün səhər Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarını Rusiyanın cənubunda "Vaqner" özəl hərbi şirkətinin yaratdığı vəziyyətlə bağlı məlumatlandırıb. Dövlət başçıları birgə addımlar barədə razılığa gəliblər".
"Razılaşmaların hazırlanmasında Belarus prezidenti Rusiya prezidenti ilə razılaşaraq, öz kanalları vasitəsilə vəziyyəti əlavə olaraq dəqiqləşdirərək, "Vaqner" şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. Danışıqlar bütün gün davam edib. Nəticədə onlar qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəliblər. Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyi azaltmaq üçün əlavə addımlar atmaq təklifini qəbul edib", - məlumatda deyilir.
Qeyd olunub ki, hazırda "Vaqner" özəl hərbi şirkəti ilə vəziyyətin həlli üçün məqbul variantın layihəsi hazırlanıb. Layihədə Vaqner döyüşçüləri üçün təhlükəsizlik zəmanəti də var.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər. Hakimiyyət şəhər sakinlərini küçələrdən hərbi texnikanın keçə biləcəyi səbəbi ilə diqqətli olmağa çağırıb. FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.
Prezident Vladimir Putin ruslara müraciətində bildirib ki, üsyana cəhddə günahkar olanların hamısı qaçılmaz cəzaya məruz qalacaq, qanun və xalq qarşısında cavab verəcək. O, həmçinin qeyd edib ki, mülki və hərbi hakimiyyət orqanlarının işinin faktiki olaraq bloklandığı Rostov-na-Donuda vəziyyəti sabitləşdirmək üçün qəti addımlar atılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0