Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Medvedev də çağırış etdi: Putinin ətrafında birləşmək lazımdır

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidRusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 24.06.2023
Abunə olmaq
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, düşmənə qalib gəlmək üçün Prezidentin, Silahlı Qüvvələrin Ali Baş Komandanının ətrafında birləşmək lazımdır.
BAKI, 24 iyun — Sputnik. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanı parçalamağa ac olan xarici və daxili düşmənə qalib gəlmək üçün Rusiya prezidenti Vladimir Putinin ətrafında birləşməyə çağırıb.
"İndi Vətənimizi, dövlətimizi parçalanmadan xilas etmək, düşmənə qalib gəlmək üçün Prezidentin, Silahlı Qüvvələrin Ali Baş Komandanının ətrafında birləşmək lazımdır", - o, Teleqram kanalında yazıb.
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.
Xəbər lenti
0