Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarovadan yeni sanksiyalar paketinə reaksiya

© Sputnik / Максим Богодвид / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 23.06.2023
Abunə olmaq
Diplomat qeyd edib ki, Aİ Rusiyaya lüks avtomobillərin, eləcə də bütün elektrik və hibrid avtomobillərin, o cümlədən işlənmiş avtomobillərin ixracına qadağaları genişləndirib.
BAKI, 23 iyun — Sputnik. Aİ-nin 11-ci sanksiyalar paketində nəzərdə tutulan lüks avtomobillərin Rusiya Federasiyasına ixracına qoyulan qadağa yerli avtomobil sənayesinin böyüməsinə səbəb olacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında deyib.
Diplomat qeyd edib ki, Aİ Rusiyaya lüks avtomobillərin, eləcə də bütün elektrik və hibrid avtomobillərin, o cümlədən işlənmiş avtomobillərin ixracına qadağaları genişləndirib.

"Görün, bu, onların Rusiyanı strateji məğlubiyyətə uğratmaq və Çini ələ keçirmək mesajına necə uyğun gəlir", - deyə Zaxarova öz Teleqram kanalında yazıb.

Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezident Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0