https://sputnik.az/20230623/statistika-rusiya-iqtisadiyyatinin-yeni-realliqlara-uygunlasdigini-gosterir-456213546.html
Statistika Rusiya iqtisadiyyatının yeni reallıqlara uyğunlaşdığını göstərir
Statistika Rusiya iqtisadiyyatının yeni reallıqlara uyğunlaşdığını göstərir
Sputnik Azərbaycan
Rusiyanın baş naziri Mixail Mişustin Rusiya iqtisadiyyatının hazırda transformasiya dövrünü yaşadığını xatırladıb. 23.06.2023, Sputnik Azərbaycan
2023-06-23T20:38+0400
2023-06-23T20:38+0400
2023-06-25T18:59+0400
rusiya
rusiya
statistika
üdm
https://cdnn1.img.sputnik.az/img/40191/26/401912687_0:156:3001:1844_1920x0_80_0_0_27b02657512a4ad80e8fcdf50264c808.jpg
BAKI, 23 iyun — Sputnik. Rusiya iqtisadiyyatı sanksiyaların təzyiqinə baxmayaraq, 2023-cü ilin birinci rübündə qeyri-neft və qaz ÜDM-ni illik ifadədə 1,3% artıb. "Rosstat"ın rəhbəri Sergey Qalkin bunu Rusiyanın baş naziri Mixail Mişustinlə görüşdə bildirib. Söhbət zamanı Mişustin xatırladıb ki, Rusiya iqtisadiyyatı hazırda transformasiya dövrünü yaşayır. "Həmçinin qeyd etmək istərdim ki, 2023-cü ilin birinci rübündə qeyri-neft-qaz ÜDM tam bərpa olunub və 2022-ci ilin birinci rübünün səviyyəsini 1,3% ötüb. Bu, iqtisadiyyatın sanksiya təzyiqinin görünməmiş təsiri altında uğurla uyğunlaşdığını və struktur olaraq yenidən qurulduğunu göstərir", - deyə o, əlavə edib. "Rosstat"ın rəhbəri hökumət başçısına statistika idarəsinin qarşısında duran vəzifələr barədə də məlumat verib. "İlk növbədə, bu, bütün proseslərin rəqəmsallaşdırılması və sürətləndirilməsi ilə bağlı olan iş istiqamətidir. Biz çalışırıq ki, məlumatlarımız mümkün qədər aktual olsun, istehlakçının tələbinə cavab versin. İkinci istiqamət respondentlərlə yeni iş formatlarına keçid, rəqəmsal kommunikasiya kanallarının inkişafı, statistik istehsala və inzibati məlumatların statistikasına cəlb edilməsi, idarələrarası qarşılıqlı əlaqə, habelə böyük məlumatlardan istifadə etməkdir", - deyə o bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40191/26/401912687_166:0:2833:2000_1920x0_80_0_0_b9c01483f98bb924777bfdec1b97d21a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, statistika, üdm
Statistika Rusiya iqtisadiyyatının yeni reallıqlara uyğunlaşdığını göstərir
20:38 23.06.2023 (Yenilənib: 18:59 25.06.2023) Rusiyanın baş naziri Mixail Mişustin Rusiya iqtisadiyyatının hazırda transformasiya dövrünü yaşadığını xatırladıb.
BAKI, 23 iyun — Sputnik. Rusiya iqtisadiyyatı sanksiyaların təzyiqinə baxmayaraq, 2023-cü ilin birinci rübündə qeyri-neft və qaz ÜDM-ni illik ifadədə 1,3% artıb.
"Rosstat"ın rəhbəri Sergey Qalkin bunu Rusiyanın baş naziri Mixail Mişustinlə görüşdə bildirib.
Söhbət zamanı Mişustin xatırladıb ki, Rusiya iqtisadiyyatı hazırda transformasiya dövrünü yaşayır.
"Biz ardıcıl olaraq üç rüb ərzində ÜDM-in yaxşılaşan dinamikasını qeyd edirik. Baxmayaraq ki, 2023 - cü ilin birinci rübünün nəticələrinə görə 1,8% azalma müşahidə olunub, sənayedə emal gücü fəal şəkildə artıb - 2023-cü ilin dörd ayında 3 % artım var. Əsas kapitala qoyulan investisiyalar da keçən ilin yüksək bazasına baxmayaraq, birinci rübdə müsbət dinamika göstərir - 0,7%", - deyə Qalkin qeyd edib.
"Həmçinin qeyd etmək istərdim ki, 2023-cü ilin birinci rübündə qeyri-neft-qaz ÜDM tam bərpa olunub və 2022-ci ilin birinci rübünün səviyyəsini 1,3% ötüb. Bu, iqtisadiyyatın sanksiya təzyiqinin görünməmiş təsiri altında uğurla uyğunlaşdığını və struktur olaraq yenidən qurulduğunu göstərir", - deyə o, əlavə edib.
"Rosstat"ın rəhbəri hökumət başçısına statistika idarəsinin qarşısında duran vəzifələr barədə də məlumat verib.
"İlk növbədə, bu, bütün proseslərin rəqəmsallaşdırılması və sürətləndirilməsi ilə bağlı olan iş istiqamətidir. Biz çalışırıq ki, məlumatlarımız mümkün qədər aktual olsun, istehlakçının tələbinə cavab versin. İkinci istiqamət respondentlərlə yeni iş formatlarına keçid, rəqəmsal kommunikasiya kanallarının inkişafı, statistik istehsala və inzibati məlumatların statistikasına cəlb edilməsi, idarələrarası qarşılıqlı əlaqə, habelə böyük məlumatlardan istifadə etməkdir", - deyə o bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.