Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya nümayəndə heyəti Rafael Qrossi ilə görüşüb

© Sputnik / Евгений Биятов / Mediabanka keçid Rosatom-un loqotipi, arxiv şəkli
 Rosatom-un loqotipi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.06.2023
Abunə olmaq
Rusiya nümayəndə heyəti ilə keçirilən görüşdə nüvə təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə edib.
BAKI, 23 iyun — Sputnik. Rusiya Federasiyasının nümayəndə heyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi ilə Zaporojye AES-in (ZAES) nüvə təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə edib. Bu barədə Rosatom dövlət korporasiyasının mətbuat xidməti məlumat yayıb.
Rosatom vurğulayıb ki, Rusiya ilə BAEA arasında təmaslar davam edəcək.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, BAEA Rusiyanın Zaporojye AES-in təhlükəsizliyini qorumaq səylərini yüksək qiymətləndirib.
Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır - stansiyada hər birinin gücü 1 giqavat olan altı enerji bloku var.
AES 2022-ci ilin martından Rusiya ordusunun nəzarəti altındadır. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq üçün bu addımın haqlı olduğunu vurğulayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojye AES-in təmas xəttinə yaxın olması səbəbindən onun ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini dəfələrlə bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0