Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Qərb silahlarının İsrail sərhədləri yaxınlığında görünməsini şərh edib

© Sputnik / Владимир АстапковичRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 23.06.2023
Abunə olmaq
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, Ukraynaya verilən Qərb silahları artıq Avropadakı müxtəlif cinayətkar qruplar tərəfindən satılır.
BAKI, 23 iyun — Sputnik. Kiyevə verilən Qərb silahlarının İsrail sərhədləri yaxınlığında görünməsi və onların Təl-Əvivə qarşı mümkün istifadəsi çox ciddi təhdiddir. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz təhlükəni çox ciddi qiymətləndiririk. Əvvəllər belə bir təhlükə barədə danışmışdıq. Ukraynaya verilən Qərb silahları artıq Avropadakı müxtəlif cinayətkar qruplar tərəfindən satılır. Bu, qaçılmaz prosesdir", - Peskov deyib.

"Nə normal uçotun, nə də təhlükəsizliyin təmin oluna bilməyəcəyi Ukraynaya bu cür silahların çatdırılması, regional və daha geniş kontekstdə qlobal təhlükəsizlik üçün böyük təhdidlər yaradır", - Kreml nümayəndəsi deyib.
Xatırladaq ki, Rusiya Ukraynaya silah tədarük etdiyi üçün NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır".
Kreml bəyan edib ki, Ukraynaya Qərbdən silahların göndərilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və prosesə mənfi təsir göstərəcək. Lavrov həmçinin bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə birbaşa iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0