Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva Yerevanın üçtərəfli formatda fəaliyyətdən kənarlaşmayacağını gözləyir - Rusiya XİN

© Sputnik / Наталья СеливерстоваRusiya XİN, arxiv şəkli
Rusiya XİN, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.06.2023
Abunə olmaq
Mariya Zaxarova Rusiya tərəfinin Bakı və İrəvanla təmaslarda vəziyyətin nizamlanması üçün fəal səylərini davam etdirəcəyini vurğulayıb.
BAKI, 23 iyun - Sputnik. Rusiya Azərbaycan və Ermənistanı üçtərəfli sazişlərə ən yüksək səviyyədə əməl etməyə çağırır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətlə bağlı şərhində deyilir.
Rusiya XİN rəsmisi hər iki tərəfə Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli sazişlərinə ən yüksək səviyyədə ciddi əməl olunmasının, adıçəkilən ərazidə təhlükəsizliyin təmin edilməsində təmkinliliyin və məsuliyyətin dərk edilməsinin vacibliyi barədə çağırışı xatırladıb.

"Biz həmçinin ümid edirik ki, İrəvan üçtərəfli formatlarda qarşılıqlı fəaliyyətdən geri çəkilməyəcək. Onların fəaliyyətində fasilələr regiondakı vəziyyətə mənfi təsir göstərir və “yerdə” eskalasiyaya gətirib çıxarır".

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Официальный представитель Министерства иностранных дел России Мария Захарова - Sputnik Azərbaycan, 1920, 23.06.2023
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Daha sonra Rusiya XİN rəsmisi müvafiq komissiya çərçivəsində Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ritmik işin vacibliyini qeyd edib.
"Lazımi məsləhət yardımını göstərməyə hazırıq", - deyə Rusiya XİN-in internet səhofəsində yayılmış bəyanatda bildirilir.
Zaxarova həmçinin əlavə edib ki, Rusiya tərəfi Bakı və İrəvanla təmaslarda vəziyyətin nizamlanması üçün fəal səylərini davam etdirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0