https://sputnik.az/20230622/volodin-qerbe-nasizm-uzerinde-qelebe-gununu-xatirladib-456142137.html
Volodin Qərbə nasizm üzərində Qələbə Gününü xatırladıb
Volodin Qərbə nasizm üzərində Qələbə Gününü xatırladıb
Sputnik Azərbaycan
Rusiya Dövlət Dumasının sədri Vaşinqton və Brüsselə 1941-ci il iyunun 22-dən sonra 9 may 1945-ci ildə nasist şər ruhları üzərində Qələbə gününün gəldiyini... 22.06.2023, Sputnik Azərbaycan
2023-06-22T20:28+0400
2023-06-22T20:28+0400
2023-06-22T20:28+0400
vyaçeslav volodin
rusiya
rusiya dövlət duması
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438048098_0:0:3072:1728_1920x0_80_0_0_cd462913963493b292db2ecfa17aacb7.jpg
BAKI, 22 iyun — Sputnik. 1941-ci il iyunun 22-dən sonra nasizm üzərində Qələbə günü gəlib çatıb. Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Telegram" kanalında yazıb. Böyük Vətən Müharibəsinin başlanmasının 82-ci ildönümü günündə o, Vaşinqton və Brüsselə Böyük Vətən Müharibəsində 27 milyondan çox insanın həlak olduğunu xatırladıb. Volodinin sözlərinə görə, bu gün dünya yenidən nasizmin, xüsusən də Kiyev rejiminin təzahürləri ilə üzləşib. "Onlar tarixin dərslərindən hələ də nəticə çıxarmayıblar. Qərbi qaçılmaz məğlubiyyət gözləyir. Vaşinqton və Brüssel yadda saxlamalıdır ki, 1941-ci il iyunun 22-dən sonra 9 may 1945-ci il - nasist şər ruhları üzərində Qələbə günü gəldi. Bu dəfə də belə olacaq", - deyə Dövlət Dumasının sədri yazıb. Xatırladaq ki, 1941-ci il iyunun 22-də faşist Almaniyası müharibə elan etmədən SSRİ-yə hücum edərək, hərbi-strateji obyektlərə, eləcə də bir çox şəhərlərə böyük zərbə vurub. 1418 gün davam edən Böyük Vətən Müharibəsində 27 milyona yaxın insan həlak olub. Bundan əvvəl xəbər verilmişdi ki, Böyük Vətən Müharibəsinin başlanmasının 82-ci ildönümü günü Moskvada Rusiya Prezidenti Vladimir Putin Aleksandr bağında naməlum əsgərin məzarına əklil qoyacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438048098_341:0:3072:2048_1920x0_80_0_0_7dfcd7fe340ac14e1a63617afa1d7004.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
vyaçeslav volodin, rusiya dövlət duması
vyaçeslav volodin, rusiya dövlət duması
Volodin Qərbə nasizm üzərində Qələbə Gününü xatırladıb
Rusiya Dövlət Dumasının sədri Vaşinqton və Brüsselə 1941-ci il iyunun 22-dən sonra 9 may 1945-ci ildə nasist şər ruhları üzərində Qələbə gününün gəldiyini xatırladıb.
BAKI, 22 iyun — Sputnik. 1941-ci il iyunun 22-dən sonra nasizm üzərində Qələbə günü gəlib çatıb.
Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Telegram" kanalında yazıb.
Böyük Vətən Müharibəsinin başlanmasının 82-ci ildönümü günündə o, Vaşinqton və Brüsselə Böyük Vətən Müharibəsində 27 milyondan çox insanın həlak olduğunu xatırladıb. Volodinin sözlərinə görə, bu gün dünya yenidən nasizmin, xüsusən də Kiyev rejiminin təzahürləri ilə üzləşib.
"Onlar tarixin dərslərindən hələ də nəticə çıxarmayıblar. Qərbi qaçılmaz məğlubiyyət gözləyir. Vaşinqton və Brüssel yadda saxlamalıdır ki, 1941-ci il iyunun 22-dən sonra 9 may 1945-ci il - nasist şər ruhları üzərində Qələbə günü gəldi. Bu dəfə də belə olacaq", - deyə Dövlət Dumasının sədri yazıb.
Xatırladaq ki, 1941-ci il iyunun 22-də faşist Almaniyası müharibə elan etmədən SSRİ-yə hücum edərək, hərbi-strateji obyektlərə, eləcə də bir çox şəhərlərə böyük zərbə vurub. 1418 gün davam edən Böyük Vətən Müharibəsində 27 milyona yaxın insan həlak olub.
Bundan əvvəl xəbər verilmişdi ki, Böyük Vətən Müharibəsinin başlanmasının 82-ci ildönümü günü Moskvada Rusiya Prezidenti Vladimir Putin Aleksandr bağında naməlum əsgərin məzarına əklil qoyacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.