Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukraynanın yenidən qurulmasını ABŞ özü maliyyələşdirməlidir - səfir Antonov

© Sputnik / Илья Питалев / Mediabanka keçidAnatoli Antonov
Anatoli Antonov - Sputnik Azərbaycan, 1920, 22.06.2023
Abunə olmaq
Ukraynada baş verənlərə görə administrasiya (ABŞ) tam məsuliyyət daşıyır. Ona görə də ölkəni bərpa edən də məhz ABŞ olmalıdır.
BAKI, 22 iyun — Sputnik. Ukrayna ilə bağlı münaqişəni uzadan ABŞ bu ölkənin bərpası üçün pulu da özü ödəməlidir.
Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.
"Ukraynada baş verənlərə görə administrasiya (ABŞ) tam məsuliyyət daşıyır. Ona görə də ölkəni bərpa edən də məhz ABŞ olmalıdır", - deyə Antonovun geniş yayılmış şərhində bildirilib.
Yüksək rütbəli diplomatın qeyd etdiyi kimi, "Ukrayna münaqişəsi ABŞ-ın Rusiya Federasiyasının sərhədləri yaxınlığında gərginlik ocağı yaratmaq, Ukraynanı "anti-Rusiya"ya çevirmək üçün uzun illər apardığı məqsədyönlü səylərinin nəticəsidir. O vurğulayıb ki, hazırda ABŞ qarşıdurmanı qızışdırır, "respublikanı güclü silahlarla doldurur və istənilən sülh təşəbbüslərini kökündən məhv edir".
"Amma, əgər Amerika silahları ilə dağıdılmış evlərin dəyərini pulla ödəmək mümkündürsə, Vaşinqton günahsız insanların həyatını hansı üsulla qiymətləndirəcək? ABŞ hazırkı əks-hücum zamanı ön hücum xəttlərinə ağılsızcasına atdığı ukraynalılarla necə hesablaşağını, görəsən, düşünür?
Xüsusilə amerikalıların Ukraynadakı yetirmələrinə necə rahatlıqla nəhəng pullar xərclədikləri heyrətə gətirir. Pentaqon Kiyevə çatdırılan hərbi təyinatlı məhsulların dəyərini "yenidən qiymətləndirməyə" və hesablamalarda bir neçə milyard dollar səhvə yol verməyi özünə rəva bilir", - deyə Antonov vurğulayıb.
Onun sözlərinə görə, Kiyev rejimi üçün silah alınması üçün ayrılan görünməmiş vəsaitin fonunda Afrika, Latın Amerikası və Asiyanın ən kasıb dövlətləri diqqətdən kənarda qalıblar.
"Planetdə insanların aclıqdan öldüyü yerlər var. Lakin Birləşmiş Ştatlar Qərbin münaqişəyə de-fakto qoşulması səbəbindən qan tökülməsini və üçüncü dünya müharibəsini qızışdırmağı daha təcili hesab edir", - deyə o, bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0