https://sputnik.az/20230622/rusiya-xn-rehberinin-muavini-casusluqda-teqsirlendirilen-amerikali-jurnalistden-danisdi-456140953.html
Rusiya XİN rəhbərinin müavini casusluqda təqsirləndirilən amerikalı jurnalistdən danışdı
Rusiya XİN rəhbərinin müavini casusluqda təqsirləndirilən amerikalı jurnalistdən danışdı
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha sonra Qerşkoviçin cinayət başında tutulduğunu bildirib. 22.06.2023, Sputnik Azərbaycan
2023-06-22T11:26+0400
2023-06-22T11:26+0400
2023-06-22T11:42+0400
rusiya xin
rusiya
dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442370147_0:0:3072:1728_1920x0_80_0_0_a9736b3f82d37fe59187bef06ef31827.jpg
BAKI, 22 iyun — Sputnik. Rusiya tərəfi casusluqda təqsirləndirilən "The Wall Street Journal"ın Moskva bürosunun müxbiri Evan Qerşkoviçə konsulluq girişi üçün daha bir sorğu alıb və ona baxılır. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Soçidə jurnalistlərə açıqlamasında deyib. "Biz sorğu almışıq və hazırda o nəzərdən keçirilir. Hələlik qərar yoxdur", - Ryabkov bildirib. 1991-ci il təvəllüdlü ABŞ vətəndaşı Qerşkoviçin saxlanılması barədə məlumat martın 29-da Rusiya Federasiyası FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə daxil olub. Jurnalist casusluqda ittiham olunub. Məlumata görə, jurnalist ABŞ tərəfinin göstərişi ilə hərəkət edərək, Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti haqqında dövlət sirri təşkil edən məlumat toplayıb. FTX-nin məlumatına görə, amerikalı Yekaterinburqda məxfi məlumat əldə etməyə çalışarkən saxlanılıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha sonra Qerşkoviçin cinayət başında tutulduğunu bildirib. Qerşkoviçin vəkili onun təqsirini boynuna almadığını bildirib. ABŞ hakimiyyəti Qerşkoviçin həbsini qanunsuz adlandıraraq, onun azadlığa buraxılmasını istəyəcəklərini açıqlayıb. Jurnalist Moskvadakı Lefortovo istintaq təcridxanasında saxlanılır. İyunun 22-də Moskva Şəhər Məhkəməsi Qerşkoviçin həbs müddətinin uzadılması ilə bağlı şikayətinə baxacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442370147_341:0:3072:2048_1920x0_80_0_0_7812a0c2fb4670b8bbfbf993b9344ee4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, dmitri peskov
rusiya xin, dmitri peskov
Rusiya XİN rəhbərinin müavini casusluqda təqsirləndirilən amerikalı jurnalistdən danışdı
11:26 22.06.2023 (Yenilənib: 11:42 22.06.2023) Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha sonra Qerşkoviçin cinayət başında tutulduğunu bildirib.
BAKI, 22 iyun — Sputnik. Rusiya tərəfi casusluqda təqsirləndirilən "The Wall Street Journal"ın Moskva bürosunun müxbiri Evan Qerşkoviçə konsulluq girişi üçün daha bir sorğu alıb və ona baxılır. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Soçidə jurnalistlərə açıqlamasında deyib.
"Biz sorğu almışıq və hazırda o nəzərdən keçirilir. Hələlik qərar yoxdur", - Ryabkov bildirib.
1991-ci il təvəllüdlü ABŞ vətəndaşı Qerşkoviçin saxlanılması barədə məlumat martın 29-da Rusiya Federasiyası FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə daxil olub. Jurnalist casusluqda ittiham olunub. Məlumata görə, jurnalist ABŞ tərəfinin göstərişi ilə hərəkət edərək, Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti haqqında dövlət sirri təşkil edən məlumat toplayıb.
FTX-nin məlumatına görə, amerikalı Yekaterinburqda məxfi məlumat əldə etməyə çalışarkən saxlanılıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha sonra Qerşkoviçin cinayət başında tutulduğunu bildirib.
Qerşkoviçin vəkili onun təqsirini boynuna almadığını bildirib.
ABŞ hakimiyyəti Qerşkoviçin həbsini qanunsuz adlandıraraq, onun azadlığa buraxılmasını istəyəcəklərini açıqlayıb.
Jurnalist Moskvadakı Lefortovo istintaq təcridxanasında saxlanılır.
İyunun 22-də Moskva Şəhər Məhkəməsi Qerşkoviçin həbs müddətinin uzadılması ilə bağlı şikayətinə baxacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.