Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Misir və Banqladeşin BRİKS-ə üzv olmaq üçün müraciətini alqışlayır – XİN

© Sputnik / Наталья СеливерстоваRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 22.06.2023
Abunə olmaq
BRİKS sammitinin bu ilin avqustunda Cənubi Afrikada keçiriləcəyi gözlənilir.
BAKI, 22 iyun — Sputnik. Rusiya tərəfi Misir və Banqladeşin BRİKS-ə qoşulmaq üçün ərizə təqdim etməsini alqışlayır. Təşkilatın genişləndirilməsi məsələsi bu il keçiriləcək sammitdə müzakirə olunacaq.
Bu barədə "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
"Banqladeş, Misir və digər bir sıra ölkələrin BRİKS ilə əməkdaşlığı artırmaqda maraqlı olduqlarını alqışlayırıq", - deyə qurumdan müraciət edən ölkələrin hesabatlarını şərh edərkən qeyd edilib.
"Onlar dəfələrlə "beşlik" tədbirləri çərçivəsində "autreach"/"BRİKS plus" seqmentlərində iştirak ediblər. Xüsusilə, hər iki dövlətin xarici işlər nazirliklərinin rəhbərləri "BRİKS-in Dostları" çərçivəsində BRİKS Xarici İşlər Nazirləri Şurasına dəvət olunublar (Keyptaun, 2 iyun 2023-cü il). Hər iki ölkə Yeni İnkişaf Bankının səhmdarlarıdır", - deyə Rusiya qurumu xatırladıb. Onlar əmindirlər ki, "birləşmə inkişaf etməkdə olan ölkələrlə qarşılıqlı əlaqənin gücləndirilməsindən yalnız faydalanacaq, onların çoxu birmənalı olaraq bu istiqamətdə səy göstərdiklərini aydın şəkildə bildiriblər".
Daha hansı ölkələrin qoşulmağı planlaşdırdığı ilə bağlı sualı cavablandıran Rusiya Xarici İşlər Nazirliyi "BRİKS-in genişləndirilməsinə gəlincə, bu prosesin bütün üsulları razılaşdırılmayana qədər konkret namizədlər barədə danışmaq tezdir" deyə bildirib.
"Bu kontekstdə biz Cənubi Afrika sədrliyinin yaxın gələcəkdə genişlənmə mövzusunda irəliləyişə nail olmaq münasibətini alqışlayırıq. Əminik ki, bu il qarşıdan gələn BRİKS sammiti zamanı bu məsələ diqqəti xüsusilə cəlb edəcək", - deyə Rusiya nazirliyi söhbəti yekunlaşdırıb.
BRİKS sammitinin bu ilin avqustunda Cənubi Afrikada keçiriləcəyi gözlənilir.
BRİKS öz sıralarında Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir. Bir sıra digər ölkələr də, o cümlədən Misir, Argentina, İran, həmçinin Çin Xarici İşlər Nazirliyinin məlumatına görə İndoneziya, Türkiyə, Səudiyyə Ərəbistanı iqtisadi bloka qoşulmaq niyyətindədirlər. Cənubi Afrika bu ilin əvvəlində BRİKS sədrliyini Çindən təhvil alıb. 2023-cü ilin sonunda isə sədrlik Rusiyaya təhvil veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0