https://sputnik.az/20230622/rusiya-makronu-yersiz-qonaq-hesab-edir---ryabkov-456140647.html
Rusiya Makronu yersiz qonaq hesab edir - Ryabkov
Rusiya Makronu yersiz qonaq hesab edir - Ryabkov
Sputnik Azərbaycan
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, dəvət olunanların dairəsini müəyyən etmək ev sahibi ölkənin işidir. 22.06.2023, Sputnik Azərbaycan
2023-06-22T12:43+0400
2023-06-22T12:43+0400
2023-06-22T12:43+0400
sergey ryabkov
rusiya
emmanuel makron
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438012944_0:0:3005:1691_1920x0_80_0_0_615cda7ec542d9a2df6a5f992c69fb66.jpg
BAKI, 22 iyun — Sputnik. Rusiya Fransa Prezidenti Emmanuel Makronu Cənubi Afrikadakı BRİKS sammitində yersiz qonaq hesab edir. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. "Aydındır ki, bizim üçün belə düşmən və qəbuledilməz siyasət yürüdən bir dövlətin lideri Rusiyanın beynəlxalq miqyasda fəal şəkildə təcrid olunmasına ehtiyac olduğunu vurğulayır və ölkəmizin sözdə strateji məğlubiyyəti üçün NATO-nun ümumi xəttini bölüşür", - o, Soçidə jurnalistlərə bildirib. "Biz bu yanaşmamızı gizlətmirik, Cənubi Afrikadan olan həmkarlarımıza da bu barədə məlumat vermişik və ümid edirik ki, bizim mövqeyimiz tam nəzərə alınacaq", - nazir müavini vurğulayıb. Ryabkov qeyd edib ki, dəvət olunanların dairəsini müəyyən etmək ev sahibi ölkənin işidir. "Ev sahibi tərəf kimin, hansı formatda qəbul ediləcəyinə qərar verir. Bununla belə dəvətdən əvvəl BRİKS-in bütün iştirakçıları arasında məsləhətləşmələrin aparılması da az əhəmiyyətli deyil", - nazir müavini deyib. O əlavə edib ki, BRİKS-in genişlənməsi meyarları bir müddətdir müzakirə olunur və Assosiasiyaya üzv olmaq üçün namizədlər hər hansı fəal üzvlərə qarşı birtərəfli sanksiyaların tətbiqini istisna edən siyasətə riayət etməlidirlər. "Aydındır ki, Fransa bu meyara uyğun gəlmir, hətta tam razılaşdırılmasa belə, onlar tamamilə əks istiqamətdə dayanır", - deyə Ryabkov vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438012944_0:0:2731:2048_1920x0_80_0_0_462e2cd0015b04433b0e0923971f128a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey ryabkov, emmanuel makron
sergey ryabkov, emmanuel makron
Rusiya Makronu yersiz qonaq hesab edir - Ryabkov
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, dəvət olunanların dairəsini müəyyən etmək ev sahibi ölkənin işidir.
BAKI, 22 iyun — Sputnik. Rusiya Fransa Prezidenti Emmanuel Makronu Cənubi Afrikadakı BRİKS sammitində yersiz qonaq hesab edir. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Aydındır ki, bizim üçün belə düşmən və qəbuledilməz siyasət yürüdən bir dövlətin lideri Rusiyanın beynəlxalq miqyasda fəal şəkildə təcrid olunmasına ehtiyac olduğunu vurğulayır və ölkəmizin sözdə strateji məğlubiyyəti üçün NATO-nun ümumi xəttini bölüşür", - o, Soçidə jurnalistlərə bildirib.
"Biz bu yanaşmamızı gizlətmirik, Cənubi Afrikadan olan həmkarlarımıza da bu barədə məlumat vermişik və ümid edirik ki, bizim mövqeyimiz tam nəzərə alınacaq", - nazir müavini vurğulayıb.
Ryabkov qeyd edib ki, dəvət olunanların dairəsini müəyyən etmək ev sahibi ölkənin işidir.
"Ev sahibi tərəf kimin, hansı formatda qəbul ediləcəyinə qərar verir. Bununla belə dəvətdən əvvəl BRİKS-in bütün iştirakçıları arasında məsləhətləşmələrin aparılması da az əhəmiyyətli deyil", - nazir müavini deyib.
O əlavə edib ki, BRİKS-in genişlənməsi meyarları bir müddətdir müzakirə olunur və Assosiasiyaya üzv olmaq üçün namizədlər hər hansı fəal üzvlərə qarşı birtərəfli sanksiyaların tətbiqini istisna edən siyasətə riayət etməlidirlər.
"Aydındır ki, Fransa bu meyara uyğun gəlmir, hətta tam razılaşdırılmasa belə, onlar tamamilə əks istiqamətdə dayanır", - deyə Ryabkov vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.