Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

BAEA Rusiyanın göstərdiyi səyləri yüksək qiymətləndirib

© Sputnik / POOL / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 22.06.2023
Abunə olmaq
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, BAEA nümyəndələri görmək istədikləri hər şeyi görüblər.
BAKI, 22 iyun — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Rusiyanın Zaporojye AES-in təhlükəsizliyini qorumaq səylərini yüksək qiymətləndirib.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov deyib ki, BAEA nümyəndələri görmək istədikləri hər şeyi görüblər.
Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır - stansiyada hər birinin gücü 1 giqavat olan altı enerji bloku var. AES 2022-ci ilin martından Rusiya ordusunun nəzarəti altındadır. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq üçün bu addımın haqlı olduğunu vurğulayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojye AES-in təmas xəttinə yaxın olması səbəbindən onun ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini dəfələrlə bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0