Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya yenidən yay vaxtı rejimini tətbiq edə bilər

© Photo : PxhereZəngli saat
Zəngli saat - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
"Yay vaxtına keçidin qaytarılması haqqında" qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.
BAKI, 21 iyun — Sputnik. "Yay vaxtına keçidin qaytarılması haqqında" qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.
Bu barədə Dumanın Kommunist fraksiyasından olan deputatı Mixail Matveev "Telegram" kanalında yazıb.
Qanun layihəsində saatların martdan oktyabr ayına qədər bir saat önə çəkilməsi nəzərdə tutulur.
""Yay vaxtının qaytarılması haqqında" qanun layihəsini deputatlar Mixail Matveyev (Samara), Oleq Mixaylov (Komi) və Olqa Alimova (Saratov) Dövlət Dumasına təqdim ediblər", - deyə deputat qeyd edib.
"2014-cü ildən bəri Rusiya daimi qış vaxtında yaşayır, buna görə də əksər regionlarda gündüz saatlarının itkisi ildə 200 saatı ötür", - deyə deputat Matveyev bildirib.
Qanun layihəsinə verilən izahat qeydində o da bildirilib ki, yay vaxtına keçidin tətbiqi "əhalinin səmərəli istifadə etdiyi gündüz saatlarını" artırmaqla yanaşı, qəzaların sayının azalmasına, vətəndaşların küçələrdə təhlükəsizliyinin yaxşılaşdırılmasına imkan yaradacaq, həm də kənd təsərrüfatı və tikinti işlərini asanlaşdıracaq.
Qeyd edək ki, yay vaxtı SSRİ-də tətbiq edilib və Rusiyada 2012-ci ilə qədər tətbiq olunub.
Xəbər lenti
0