https://sputnik.az/20230621/qerb-ukraynanin-esas-arzusunu-heyata-kecirdi---ve-putinin-telesine-dusdu-456085483.html
Qərb Ukraynanın əsas arzusunu həyata keçirdi və Putinin tələsinə düşdü
Qərb Ukraynanın əsas arzusunu həyata keçirdi və Putinin tələsinə düşdü
Sputnik Azərbaycan
Bu gün baş verənlərin ölkənin yüzlərlə və minlərlə vətəndaşının həyatı bahasına başa gəlməsi faktı Kiyevdə heç kimi narahat etmir. Cəbhədə uğurun olmaması isə... 21.06.2023, Sputnik Azərbaycan
2023-06-21T08:33+0400
2023-06-21T08:33+0400
2023-06-24T10:12+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
ukrayna
abş
dollar
qərb
https://cdnn1.img.sputnik.az/img/07e7/05/18/455231793_0:153:3099:1896_1920x0_80_0_0_e31d5650e9283422e62dece6bbbbdfe9.jpg
BAKI, 21 iyun — Sputnik. Yalnız indi onun özü üçün qazdığı çuxurun dərinliyi Qərbə çatmağa başlayır. Böyük ümidlər bəslənən Ukrayna əks-hücumları uğursuz oldu. Cəbhədəki gərginliyin ilk günlərində baş verənlərin mahiyyətini mühakimə etmək işin içində olmayanlar üçün çətin idi, lakin hazırda məlum olub ki, Ukrayna Silahlı Qüvvələri hələ də heç kimə məxsus olmayan “boz” sahədə fəaliyyət göstərir. Bu isə o deməkdir ki, Kiyev hələ heç Rusiya müdafiə strukturlarının ön xəttinə çatmamış bütün bu böyük insan və texnika itkilərinə məruz qalır. Mən hələ həmin bu ön xətti yarmaqdan danışmıram... Aydındır ki, ukraynalılar, Qərbin vecinə də deyil, lakin onlar öz itkilərini pul və tədarük olunan silahlar şəklində hesablayırlar. “Bloomberg”in məlumatına görə, bu gün Aİ Ukraynaya növbəti maliyyə yardımı paketini - 50 milyard avro (55 milyard dollar) məbləğində elan edəcək. Nəşr vurğulayır ki, avropalılar özləri üçün ağır öhdəliklərdən qaçmaq istəyirlər və yardımlar qrant, güzəştli kreditlər və zəmanətlər şəklində təklif olunacaq. Amerikalılar üçün - bütün Avropa müttəfiqlərinin iqtisadiyyatını batırmaq niyyətlərinə baxmayaraq - vəziyyət o qədər də asan deyil. Tanınmış amerikalı milyarder Devid Saks bir neçə saat əvvəl məqalə dərc edib və burada o, təkcə Ukraynanın əks-hücumunun uğursuzluğunu deyil, həm də Co Bayden administrasiyasının düşdüyü çıxılmaz vəziyyətdən danışıb. Keçən vaxt ərzində ABŞ artıq Ukraynaya 100 milyard dollardan çox vəsait ayırıb. Aydındır ki, bu məbləğin böyük hissəsi Vaşinqtonda kəsilib, lakin bununla belə, vəsaitlər amerikalılar üçün hazırkı çətin dövrdə daha təcili məqsədlərə yönəltmək əvəzinə, mənasız şəkildə Ukrayna istiqamətində xərclənib. Ancaq hətta bütün bu xərclər də kritik olmazdı (Ən azından, ABŞ planetin əsas mətbəəsinə nəzarət etməkdə davam edir), əgər onlar məqsədlərə çatmaq üçün töhfə versəydilər. Əksinə, cəbhədə uğurun olmaması Ukraynanın Qərb üçün qara dəliyə çevrildiyini, sadəcə olaraq resursları boşaltdığını və heç bir müsbət nəticə vermədiyini açıq şəkildə göstərir. Buna baxmayaraq, Kiyevin özündə işlər yaxşı gedir. Onlar başa düşüblər ki, Rusiya ümumiyyətlə Polşa sərhədinə qədər getmək fikrində deyil, bu isə o deməkdir ki, hazırkı rejimdə Moskva ilə çox uzun müddət mübarizə aparmaq olar. Əsas odur ki, ölkənin əksər hissəsi üçün Qərbdən maliyyə dəstəyi alınsın. Və dayanmadan dəstək tələb edilsin. Xarici işlər naziri Dmitri Kuleba bildirib ki, münaqişə davam etdikcə o, həmişə silah təchizatında qıtlıq yaşayacaq Eyni zamanda, Ukraynadakı dağ kimi böyüyən bütün bu borclar heç kimi narahat etmir - Moskva üzərində qələbədən sonra onları birbaşa Rusiya təzminatlarından qaytarmaq niyyətində olduqlarını bildirirlər. Bunun heç bir şəkildə nəticə verməməsi isə Qərbin günahıdır, çünki o, çox az və pis kömək edir. Son dərəcə rahat mövqedir. Bu gün baş verənlərin ölkənin yüzlərlə və minlərlə vətəndaşının həyatı bahasına başa gəlməsi faktı isə Kiyevdə heç kimi narahat etmir. Faktiki olaraq hazırda Ukrayna əsas arzusunu həyata keçirib və status-kvonu saxlamaq üçün əlindən gələni edəcək. Təbii ki, bütün bu boyunda oturmaq bayramını – həm də maksimal dərəcədə üzlü və rahat şəkildə oturmağı Qərb barmağının bircə işarəsi ilə dayana bilərdi. Amma o, bacarmır – Ağ Ev və liberal Atlantik elitaları geri addım ata bilməzlər – onlar dəstək vermək üçün Ukraynaya çox vəsait sərf ediblər. Birləşmiş Ştatlarda sürətlə yaxınlaşan prezident seçkilərinin fonunda isə bu, tamamilə ağlasığmaz görünür –Demokratlar Partiyası üçün bu olanlar çox biabırçı, yüksək səslə və baha başa gələn uğursuzluqdur. David Saks, özündən əvvəlki bir çox başqaları kimi, Əfqanıstanla paralel müqayisə apardı, alınan nəticə amerikalılar üçün bütün dünyada qalmaqallı bir alçaldılmaya çevrildi. Lakin reallıqda vəziyyət daha da pisdir. 20 il ərzində Əfqanıstan kampaniyası dünya üçün darıxdırıcı informasiya fonuna çevrilib. Onun dalana dirənməsi və müttəfiqlərin oradan ayrılmalı olması hamıya aydın idi. ABŞ-ın əsas reputasiya itkiləri hətta coğrafiyanın kənarında yerləşən, tanrının belə unutduğu bir ölkədən qoşunların çıxarılması faktı ilə deyil, sırf maddi-texniki cəhətdən nə qədər pis icra edildiyi ilə bağlı idi. Uğursuzluq siyasi uğursuzluqdan daha çox texniki xarakter daşıyırdı. Ukrayna ilə vəziyyət isə kökündən fərqlidir. Bir il yarım ərzində Qərb qlobal ekzistensial böhranda Rusiya ilə qarşıdurma mövzusunu siyasi və informasiya baxımından gündəmə gətirdi. Onun yox olması, itiliyini itirməsi üçün 20 il olmasa da, kifayət qədər vaxt lazımdır. Hazırda Ukrayna siyasətindəki kəskin dəyişiklik təkcə ABŞ və Avropanın imicinə həssas zərbə deyil, bütün dünya qarşısında ağır strateji məğlubiyyətin tanınması demək olacaq. Planetin müxtəlif bölgələrində nüfuzunun sürətlə itirildiyi hazırkı vəziyyətində, ABŞ, sadəcə olaraq bunu özünə rəva bilməz, çünki bu, onun qlobal hegemonluğunun çökməsinə daha da təkan verəcək, yəni ABŞ üçün məsələ təkcə daxili siyasi problemlərdə deyil. İstənilən halda Qərb üçün geosiyasi məğlubiyyətlə bitəcək Ukrayna böhranında özünü daha da dərin quyuya salaraq kaktusu dişləməyə davam etmək qalır, amma indi deyil, bir az sonra — sadəcə, yaxşı çıxış yolu olmayan klassik çuqçvanq vəziyyətində.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
İrina Alksnis
https://cdnn1.img.sputnik.az/img/41761/78/417617854_0:0:150:150_100x100_80_0_0_336ccc0c7fc334ef53099b14e2a2b7aa.jpg
İrina Alksnis
https://cdnn1.img.sputnik.az/img/41761/78/417617854_0:0:150:150_100x100_80_0_0_336ccc0c7fc334ef53099b14e2a2b7aa.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/18/455231793_184:0:2915:2048_1920x0_80_0_0_5ee037d237672558e4ada1e65942aebd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
İrina Alksnis
https://cdnn1.img.sputnik.az/img/41761/78/417617854_0:0:150:150_100x100_80_0_0_336ccc0c7fc334ef53099b14e2a2b7aa.jpg
rusiya, ukrayna, abş, dollar, qərb
rusiya, ukrayna, abş, dollar, qərb
Qərb Ukraynanın əsas arzusunu həyata keçirdi və Putinin tələsinə düşdü
08:33 21.06.2023 (Yenilənib: 10:12 24.06.2023) Bu gün baş verənlərin ölkənin yüzlərlə və minlərlə vətəndaşının həyatı bahasına başa gəlməsi faktı Kiyevdə heç kimi narahat etmir. Cəbhədə uğurun olmaması isə Ukraynanın Qərb üçün qara dəliyə çevrildiyini açıq şəkildə göstərir.
BAKI, 21 iyun — Sputnik. Yalnız indi onun özü üçün qazdığı çuxurun dərinliyi Qərbə çatmağa başlayır. Böyük ümidlər bəslənən Ukrayna əks-hücumları uğursuz oldu. Cəbhədəki gərginliyin ilk günlərində baş verənlərin mahiyyətini mühakimə etmək işin içində olmayanlar üçün çətin idi, lakin hazırda məlum olub ki, Ukrayna Silahlı Qüvvələri hələ də heç kimə məxsus olmayan “boz” sahədə fəaliyyət göstərir. Bu isə o deməkdir ki, Kiyev hələ heç Rusiya müdafiə strukturlarının ön xəttinə çatmamış bütün bu böyük insan və texnika itkilərinə məruz qalır. Mən hələ həmin bu ön xətti yarmaqdan danışmıram...
Aydındır ki, ukraynalılar, Qərbin vecinə də deyil, lakin onlar öz itkilərini pul və tədarük olunan silahlar şəklində hesablayırlar. “Bloomberg”in məlumatına görə, bu gün Aİ Ukraynaya növbəti maliyyə yardımı paketini - 50 milyard avro (55 milyard dollar) məbləğində elan edəcək. Nəşr vurğulayır ki, avropalılar özləri üçün ağır öhdəliklərdən qaçmaq istəyirlər və yardımlar qrant, güzəştli kreditlər və zəmanətlər şəklində təklif olunacaq.
Amerikalılar üçün - bütün Avropa müttəfiqlərinin iqtisadiyyatını batırmaq niyyətlərinə baxmayaraq - vəziyyət o qədər də asan deyil. Tanınmış amerikalı milyarder Devid Saks bir neçə saat əvvəl məqalə dərc edib və burada o, təkcə Ukraynanın əks-hücumunun uğursuzluğunu deyil, həm də Co Bayden administrasiyasının düşdüyü çıxılmaz vəziyyətdən danışıb.
Keçən vaxt ərzində ABŞ artıq Ukraynaya 100 milyard dollardan çox vəsait ayırıb. Aydındır ki, bu məbləğin böyük hissəsi Vaşinqtonda kəsilib, lakin bununla belə, vəsaitlər amerikalılar üçün hazırkı çətin dövrdə daha təcili məqsədlərə yönəltmək əvəzinə, mənasız şəkildə Ukrayna istiqamətində xərclənib.
Ancaq hətta bütün bu xərclər də kritik olmazdı (Ən azından, ABŞ planetin əsas mətbəəsinə nəzarət etməkdə davam edir), əgər onlar məqsədlərə çatmaq üçün töhfə versəydilər. Əksinə, cəbhədə uğurun olmaması Ukraynanın Qərb üçün qara dəliyə çevrildiyini, sadəcə olaraq resursları boşaltdığını və heç bir müsbət nəticə vermədiyini açıq şəkildə göstərir.
Buna baxmayaraq, Kiyevin özündə işlər yaxşı gedir. Onlar başa düşüblər ki, Rusiya ümumiyyətlə Polşa sərhədinə qədər getmək fikrində deyil, bu isə o deməkdir ki, hazırkı rejimdə Moskva ilə çox uzun müddət mübarizə aparmaq olar. Əsas odur ki, ölkənin əksər hissəsi üçün Qərbdən maliyyə dəstəyi alınsın. Və dayanmadan dəstək tələb edilsin. Xarici işlər naziri Dmitri Kuleba bildirib ki, münaqişə davam etdikcə o, həmişə silah təchizatında qıtlıq yaşayacaq
Eyni zamanda, Ukraynadakı dağ kimi böyüyən bütün bu borclar heç kimi narahat etmir - Moskva üzərində qələbədən sonra onları birbaşa Rusiya təzminatlarından qaytarmaq niyyətində olduqlarını bildirirlər. Bunun heç bir şəkildə nəticə verməməsi isə Qərbin günahıdır, çünki o, çox az və pis kömək edir. Son dərəcə rahat mövqedir.
Bu gün baş verənlərin ölkənin yüzlərlə və minlərlə vətəndaşının həyatı bahasına başa gəlməsi faktı isə Kiyevdə heç kimi narahat etmir. Faktiki olaraq hazırda Ukrayna əsas arzusunu həyata keçirib və status-kvonu saxlamaq üçün əlindən gələni edəcək.
Təbii ki, bütün bu boyunda oturmaq bayramını – həm də maksimal dərəcədə üzlü və rahat şəkildə oturmağı Qərb barmağının bircə işarəsi ilə dayana bilərdi. Amma o, bacarmır – Ağ Ev və liberal Atlantik elitaları geri addım ata bilməzlər – onlar dəstək vermək üçün Ukraynaya çox vəsait sərf ediblər. Birləşmiş Ştatlarda sürətlə yaxınlaşan prezident seçkilərinin fonunda isə bu, tamamilə ağlasığmaz görünür –Demokratlar Partiyası üçün bu olanlar çox biabırçı, yüksək səslə və baha başa gələn uğursuzluqdur.
David Saks, özündən əvvəlki bir çox başqaları kimi, Əfqanıstanla paralel müqayisə apardı, alınan nəticə amerikalılar üçün bütün dünyada qalmaqallı bir alçaldılmaya çevrildi. Lakin reallıqda vəziyyət daha da pisdir. 20 il ərzində Əfqanıstan kampaniyası dünya üçün darıxdırıcı informasiya fonuna çevrilib. Onun dalana dirənməsi və müttəfiqlərin oradan ayrılmalı olması hamıya aydın idi. ABŞ-ın əsas reputasiya itkiləri hətta coğrafiyanın kənarında yerləşən, tanrının belə unutduğu bir ölkədən qoşunların çıxarılması faktı ilə deyil, sırf maddi-texniki cəhətdən nə qədər pis icra edildiyi ilə bağlı idi. Uğursuzluq siyasi uğursuzluqdan daha çox texniki xarakter daşıyırdı.
Ukrayna ilə vəziyyət isə kökündən fərqlidir. Bir il yarım ərzində Qərb qlobal ekzistensial böhranda Rusiya ilə qarşıdurma mövzusunu siyasi və informasiya baxımından gündəmə gətirdi. Onun yox olması, itiliyini itirməsi üçün 20 il olmasa da, kifayət qədər vaxt lazımdır.
Hazırda Ukrayna siyasətindəki kəskin dəyişiklik təkcə ABŞ və Avropanın imicinə həssas zərbə deyil, bütün dünya qarşısında ağır strateji məğlubiyyətin tanınması demək olacaq.
Planetin müxtəlif bölgələrində nüfuzunun sürətlə itirildiyi hazırkı vəziyyətində, ABŞ, sadəcə olaraq bunu özünə rəva bilməz, çünki bu, onun qlobal hegemonluğunun çökməsinə daha da təkan verəcək, yəni ABŞ üçün məsələ təkcə daxili siyasi problemlərdə deyil.
İstənilən halda Qərb üçün geosiyasi məğlubiyyətlə bitəcək Ukrayna böhranında özünü daha da dərin quyuya salaraq kaktusu dişləməyə davam etmək qalır, amma indi deyil, bir az sonra — sadəcə, yaxşı çıxış yolu olmayan klassik çuqçvanq vəziyyətində.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.