Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Ukraynanın əks-hücum zamanı verdiyi itkilərdən danışdı

© Sputnik / Евгений БиятовUkraynanın əks-hücumu
Ukraynanın əks-hücumu - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
Rusiya dövlət başçısı bildirib ki, zirehli texnikanın, zərbə döyüş sistemlərinin və hava hücumundan müdafiənin ən son modellərinin yaradılması davam etdiriləcək.
BAKI, 21 iyun — Sputnik. Ukrayna ordusu əks-hücum zamanı ciddi itkilər verir, buna görə də təmas xəttində müəyyən sakitlik hökm sürür.
Bunu Rusiya Prezidenti Vladimir Putin hərbi ali məktəblərin məzunları ilə görüşündən sonra bildirib.
"Qəribədir ki, hazırda biz müəyyən sakitlik müşahidə edirik. Bu, düşmənin həm şəxsi heyət, həm də texnika baxımından ciddi itkilər verməsi ilə əlaqədardır. Bizim igidlər düşmənin 245 tankını və müxtəlif tipli təxminən 678 zirehli texnikasını məhv ediblər", - deyə Putin vurğulayıb.
Rusiya dövlət başçısı bildirib ki, ordunun gücləndirilməsi prioritet olaraq qalır: "Biz silahlı qüvvələri təkmilləşdirməyə davam edəcəyik. Zirehli texnikanın, zərbə döyüş sistemlərinin və hava hücumundan müdafiənin ən son modellərinin yaradılması davam etdiriləcək".
Putin ordunun pilotsuz uçuş aparatları ilə təminatının da davam edəcəyini söyləyib.
"Yaxın gələcəkdə yeni ağır raketlə təmin olunuş" Sarmat" döyüş növbəsinə daxil olacaq. Strateji Raket Qüvvələrinin bölmələrinin təxminən yarısı "Yars" kompleksləri ilə təchiz olunub. Rusiyanın "nüvə triadası"nın silahlanması dünyada qlobal güc balansını saxlamağa imkan verir", deyə Rusiya Prezidenti vurğulayıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0