QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İndiyədək zərərsizləşdirilən mina və sursatların sayı məlum olub

© AR Ministry of DefenceВ Лачинском направлении обнаружено более 900 противопехотных мин
В Лачинском направлении обнаружено более 900 противопехотных мин - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
ANAMA-nın Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi deyib ki, zərərsizləşdirilən mina və sursatlar təkcə işğal olunmuş ərazilərimizdə deyil, digər yerlərdə də olub.
BAKI, 21 iyun — Sputnik. "1998-ci ildən bu günə qədər bir milyona yaxın mina və partlamamış sursat zərərsizləşdirilib".
Bunu media nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada ANAMA-nın Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Ramil Əzizov deyib.
Onun sözlərinə görə, zərərsizləşdirilən mina və sursatlar təkcə işğal olunmuş ərazilərimizdə deyil, digər yerlərdə də olub.
Bu günə qədər neçə hektar ərazi minadan təmizlənib?
ANAMA-nın Əməliyyat İdarəsinin rəisi İdris İsmayılov isə deyib ki, azad edilmiş ərazilərdə indiyə qədər 83 993 ha ərazi mina və partladılmış hərbi sursatlardan təmizlənib.
Onun sözlərinə görə, indiyə qədər 89 mindən çox mina və hərbi sursatlar aşkar edilərək məhv edilib.
"Biz ilk gündən yaşayış yerləri, yol və infrakstur layihələri, elektrik xətləri üzrə layihələri minalardan təmizləmişik və bu istiqamətdə fəaliyyət davam edir. Hazırda köçlə bağlı Laçın, Zabux və Sus yaşayış yerlərində işlər aparılır", - deyə o qeyd edib.
Xəbər lenti
0