Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və İran Mir kartlarından istifadə sahəsində əməkdaşlığı müzakirə edir

© Sputnik / Игорь ЕгоровMir kartları
Mir kartları - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Abunə olmaq
Rusiya Federasiyası Mərkəzi Bankı sədrinin birinci müavini bildirib ki, dost olan bütün ölkələrlə bütün məsələlər, ilk növbədə nizamlanmalar üzrə irəliləyişlə dialoq aparılır.
BAKI, 20 iyun — Sputnik. İran Rusiya üçün mühüm tərəfdaşlardan biridir və bu gün onunla geniş spektrli mümkün maliyyə əməkdaşlığı, o cümlədən hesablaşmalar, sığorta və "Mir" kartlarından istifadə sahəsində müzakirələr aparılır. Bunu jurnalistlərə Rusiya Federasiyası Mərkəzi Bankı sədrinin birinci müavini Vladimir Çistyuxin Federasiya Şurasının iclasında deyib.
Çistyuxin əlavə edib ki, Rusiya Bankı bütün dost ölkələrlə "Mir" ödəniş sisteminin genişləndirilməsini müzakirə edir:

"Dost olan bütün ölkələrlə bütün məsələlər, ilk növbədə nizamlanmalar üzrə irəliləyişlə dialoq aparırıq", - deyə V.Çistyuxin bildirib.

Mərkəzi Bank sədrinin birinci müavini qeyd edib ki, o, Rusiya Mərkəzi Bankının ən böyük tərəfdaş ölkələrdə nümayəndəliklərinin olması ideyasını konseptual olaraq dəstəkləyir.
Daha əvvəl Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Rza Fərzinlə danışıqlar aparıb. Fərzin yanvarda bildirib ki, Rusiya və İranın mərkəzi banklarının nümayəndələri iki ölkə arasında maliyyə və bank əməliyyatlarının asanlaşdırılması sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0