https://sputnik.az/20230620/rusiya-cin-ve-abs-munasibetlerinin-qurulmasinin-ehemiyyetini-kiciltmir---peskov-456082454.html
Rusiya Çin və ABŞ münasibətlərinin qurulmasının əhəmiyyətini kiçiltmir - Peskov
Rusiya Çin və ABŞ münasibətlərinin qurulmasının əhəmiyyətini kiçiltmir - Peskov
Sputnik Azərbaycan
Rusiya Federasiyası prezidentinin mətbuat katibi bildirib ki, Çin digər ölkələrlə münasibətlər qurmaq üçün öz suveren hüquqlarından istifadə edir. 20.06.2023, Sputnik Azərbaycan
2023-06-20T16:24+0400
2023-06-20T16:24+0400
2023-06-20T16:34+0400
dmitri peskov
rusiya
pekin
rusiya
abş
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/05/460280557_0:0:2901:1632_1920x0_80_0_0_42cfe0f0963397e753c5ea6714940ed5.jpg
BAKI, 20 iyun — Sputnik. Moskva Pekin və Vaşinqton arasında proqnozlaşdırılan münasibətlərin qurulmasının əhəmiyyətini heç də kiçiltmir. Bu barədə jurnalistlərə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfərini şərh edərkən məlumat verib. İyunun 18-19-da Blinken Pekində səfərdə olub və Çin rəhbərliyinin nümayəndələri ilə görüşüb. O, yaxın vaxtlarda ABŞ administrasiyasının bir sıra digər nümayəndələrinin də Çinə səfər edəcəyini bəyan edib.Dövlət katibi həmçinin bildirib ki, Çinin xarici işlər naziri Sin Qanı Vaşinqtona dəvət edib. Bu, ABŞ Dövlət Departamenti rəhbərinin 2018-ci ilin oktyabrından bəri Çinə ilk səfəridir.Blinken Pekində Çin Xalq Respublikasının sədri Si Cinpin və ÇKP Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, Siyasi Büro üzvü Van İ ilə də görüşüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/05/460280557_0:0:2729:2047_1920x0_80_0_0_6ba22617157bdee019f01364e5d40682.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, pekin, rusiya, abş
dmitri peskov, pekin, rusiya, abş
Rusiya Çin və ABŞ münasibətlərinin qurulmasının əhəmiyyətini kiçiltmir - Peskov
16:24 20.06.2023 (Yenilənib: 16:34 20.06.2023) Rusiya Federasiyası prezidentinin mətbuat katibi bildirib ki, Çin digər ölkələrlə münasibətlər qurmaq üçün öz suveren hüquqlarından istifadə edir.
BAKI, 20 iyun — Sputnik. Moskva Pekin və Vaşinqton arasında proqnozlaşdırılan münasibətlərin qurulmasının əhəmiyyətini heç də kiçiltmir. Bu barədə jurnalistlərə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfərini şərh edərkən məlumat verib.
"Əlbəttə ki, Çin digər ölkələrlə münasibətlər qurmaq üçün öz suveren hüquqlarından istifadə edir. Çin və ABŞ arasında proqnozlaşdırılan münasibətlərin əhəmiyyətini gözdən salmağa dəyməz. Çinin başqa ölkələrlə bu cür münasibətlərinin qurulması heç vaxt ölkəmizə qarşı yönəlməyəcək", - Kremlin sözçüsü deyib.
İyunun 18-19-da Blinken Pekində səfərdə olub və Çin rəhbərliyinin nümayəndələri ilə görüşüb. O, yaxın vaxtlarda ABŞ administrasiyasının bir sıra digər nümayəndələrinin də Çinə səfər edəcəyini bəyan edib.
Dövlət katibi həmçinin bildirib ki, Çinin xarici işlər naziri Sin Qanı Vaşinqtona dəvət edib. Bu, ABŞ Dövlət Departamenti rəhbərinin 2018-ci ilin oktyabrından bəri Çinə ilk səfəridir.
Blinken Pekində Çin Xalq Respublikasının sədri Si Cinpin və ÇKP Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, Siyasi Büro üzvü Van İ ilə də görüşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.