Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb ölkələri Rusiyada daxili siyasi sabitliyi pozmağı açıq şəkildə hədəfləyirlər

© Sputnik / МИД РФ / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Abunə olmaq
Rusiya XİN rəhbəri bildirib ki, onlar 2014-cü ildə Ukraynada uğurlu çevrilişi 6 il sonra Belarusda təkrarlamağa cəhd etdilər.
BAKI, 20 iyun — Sputnik. Qərb ölkələri 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı Rusiyada daxili siyasi sabitliyin pozulmasını açıq şəkildə qarşılarına məqsəd qoyublar. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Vahid Rusiya" partiyasının Ali Şurasının beynəlxalq əməkdaşlıq və xaricdəki həmvətənlərə dəstək komissiyasının iclasında deyib.
"Suveren ölkələrin daxili işlərinə müdaxilənin amansız praktikası davam edir. Bu cür müdaxilənin formaları hədə-qorxu, şantaj və rəngli inqilabların təşkili də daxil olmaqla çox müxtəlifdir. Onlar 2014-cü ildə Ukraynada uğurlu çevrilişi 6 il sonra Belarusda təkrarlamağa cəhd etdilər. Xüsusilə gələn il keçiriləcək prezident seçkiləri kontekstində ölkəmizdə daxili siyasi sabitliyi pozmağı açıq şəkildə hədəfləyirlər", - deyə XİN rəhbəri bildirib.
Xəbər lenti
0