https://sputnik.az/20230620/nazir-muavinleri-astanada-ankara-ile-demesq-arasinda-normallasmani-muzakire-edirler-456076726.html
Nazir müavinləri Astanada Ankara ilə Dəməşq arasında normallaşmanı müzakirə edirlər
Nazir müavinləri Astanada Ankara ilə Dəməşq arasında normallaşmanı müzakirə edirlər
Sputnik Azərbaycan
Görüş, bu formatda ikinci dəfədir ki, təşkil olunur. Əvvəlki görüş dörd ölkənin xarici işlər nazirləri səviyyəsində görüşün təşkil edilməsi ilə bağlı... 20.06.2023, Sputnik Azərbaycan
2023-06-20T16:37+0400
2023-06-20T16:37+0400
2023-06-20T16:37+0400
astana
rusiya
dəməşq
ankara
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216742_0:209:2897:1839_1920x0_80_0_0_33ade530f7e1e73c282d34ba22a78e2e.jpg
BAKI, 20 iyun — Sputnik. Astanada Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinlərinin Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasına dair dördtərəfli görüşü keçirilir. Bu barədə RİA Novosti xəbər verir. Danışıqlarda Rusiyadan xarici işlər nazirinin müavini Mixail Boqdanov, Türkiyədən xarici işlər nazirinin müavini Burak Akçapar, Suriyadan xarici işlər nazirinin müavini Ayman Susan, İrandan xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacı iştirak edir. Görüş, bu formatda ikinci dəfədir ki, təşkil olunur. Əvvəlki görüş dörd ölkənin xarici işlər nazirləri səviyyəsində görüşün təşkil edilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün mayın əvvəlində Moskvada keçirilib. Nəticədə nazirlər Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi layihəsinin hazırlanmasına başlamağa razılaşıblar. Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov yol xəritəsinin prioritet mövzularını açıqlayıb. Onların arasında Suriya hökumətinin bütün ölkə ərazisində nəzarətinin bərpası probleminin həlli, Suriya-Türkiyə sərhədinin təhlükəsizliyinin təmin edilməsi, transsərhəd hücumları və terrorçuların sızma ehtimalının aradan qaldırılması var. İyunun 20-21-də Qazaxıstanın paytaxtında Rusiya, Türkiyə, İran, Suriya hökuməti və müxalifəti nümayəndələrinin, habelə BMT-nin xüsusi nümayəndəsinin iştirakı ilə Suriya nizamlanması üzrə "Astana" danışıqlarının 20-ci raundu keçirilir. Gündəliyə terrorizmlə mübarizə, humanitar vəziyyət və qaçqınların geri qayıtması probleminin müzakirəsi daxildir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
dəməşq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216742_83:0:2814:2048_1920x0_80_0_0_68c7b8c5ddd9ed8da5cfd7821971a675.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
astana, dəməşq, ankara
Nazir müavinləri Astanada Ankara ilə Dəməşq arasında normallaşmanı müzakirə edirlər
Görüş, bu formatda ikinci dəfədir ki, təşkil olunur. Əvvəlki görüş dörd ölkənin xarici işlər nazirləri səviyyəsində görüşün təşkil edilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün mayın əvvəlində Moskvada keçirilib.
BAKI, 20 iyun — Sputnik. Astanada Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinlərinin Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasına dair dördtərəfli görüşü keçirilir. Bu barədə RİA Novosti xəbər verir.
Danışıqlarda Rusiyadan xarici işlər nazirinin müavini Mixail Boqdanov, Türkiyədən xarici işlər nazirinin müavini Burak Akçapar, Suriyadan xarici işlər nazirinin müavini Ayman Susan, İrandan xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacı iştirak edir.
Görüş, bu formatda ikinci dəfədir ki, təşkil olunur. Əvvəlki görüş dörd ölkənin xarici işlər nazirləri səviyyəsində görüşün təşkil edilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün mayın əvvəlində Moskvada keçirilib.
Nəticədə nazirlər Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi layihəsinin hazırlanmasına başlamağa razılaşıblar.
Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov yol xəritəsinin prioritet mövzularını açıqlayıb. Onların arasında Suriya hökumətinin bütün ölkə ərazisində nəzarətinin bərpası probleminin həlli, Suriya-Türkiyə sərhədinin təhlükəsizliyinin təmin edilməsi, transsərhəd hücumları və terrorçuların sızma ehtimalının aradan qaldırılması var.
İyunun 20-21-də Qazaxıstanın paytaxtında Rusiya, Türkiyə, İran, Suriya hökuməti və müxalifəti nümayəndələrinin, habelə BMT-nin xüsusi nümayəndəsinin iştirakı ilə Suriya nizamlanması üzrə "Astana" danışıqlarının 20-ci raundu keçirilir. Gündəliyə terrorizmlə mübarizə, humanitar vəziyyət və qaçqınların geri qayıtması probleminin müzakirəsi daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.