https://sputnik.az/20230620/azerbaycan-daxil-olmaqla-4-olke-rusiyanin-xarici-ticaretinde-avropa-ttifaqini-evez-edib-456069740.html
Azərbaycan daxil olmaqla 4 ölkə Rusiyanın xarici ticarətində Avropa İttifaqını əvəz edib
Azərbaycan daxil olmaqla 4 ölkə Rusiyanın xarici ticarətində Avropa İttifaqını əvəz edib
Sputnik Azərbaycan
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davydov bildirib ki, ölkələrin liderlərinin ticarətlə bağlı qarşıya qoyduğu 200 milyard... 20.06.2023, Sputnik Azərbaycan
2023-06-20T11:52+0400
2023-06-20T11:52+0400
2023-06-20T11:52+0400
rusiya
rusiya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/09/06/445736254_0:160:3072:1888_1920x0_80_0_0_52adc2dea7bb3ad004ba0e601f574e3b.jpg
BAKI, 20 iyun — Sputnik. Rusiyanın xarici ticarətində Çin, Hindistan, Türkiyə və Azərbaycan Avropa İttifaqını əvəz edib, Çinlə ticarət isə bu il 200 milyard dollara çata bilər. Bunu Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davydov SPİEF-in kənarında RİA Novosti-yə müsahibəsində deyib. "Müqəddəs yer heç vaxt boş qalmaz. Çin çox ciddi şəkildə inkişaf edir. Hesab edirəm ki, ölkələrimizin liderlərinin ticarətlə bağlı qarşıya qoyduğu 200 milyard dollarlıq vəzifəyə, əgər kataklizmlər olmasa, bu il nail olmaq olar", - Davıdov bildirib. Onun sözlərinə görə, Hindistan, Türkiyə və Azərbaycanla da ticarət çox güclü inkişaf edir. 2022-ci ildə Rusiya ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi səkkiz il ərzində maksimuma - 258,6 milyard avroya çatıb, Avropa ölkələrinin Rusiyadan idxalı isə tarixi maksimum səviyyəsində olub. Bu barədə RİA Novosti martda Eurostat məlumatlarına əsasən hesablayıb. Eyni zamanda, Davydovun sözlərinə görə, Almaniya Rusiya Federasiyasının ilk 10 ticarət tərəfdaşı sırasında qalıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/06/445736254_171:0:2902:2048_1920x0_80_0_0_8b83c09664b8caf302cb573552f6bd84.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, azərbaycan
Azərbaycan daxil olmaqla 4 ölkə Rusiyanın xarici ticarətində Avropa İttifaqını əvəz edib
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davydov bildirib ki, ölkələrin liderlərinin ticarətlə bağlı qarşıya qoyduğu 200 milyard dollarlıq vəzifəyə, əgər kataklizmlər olmasa, bu il nail olmaq olar.
BAKI, 20 iyun — Sputnik. Rusiyanın xarici ticarətində Çin, Hindistan, Türkiyə və Azərbaycan Avropa İttifaqını əvəz edib, Çinlə ticarət isə bu il 200 milyard dollara çata bilər. Bunu Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davydov SPİEF-in kənarında RİA Novosti-yə müsahibəsində deyib.
"Müqəddəs yer heç vaxt boş qalmaz. Çin çox ciddi şəkildə inkişaf edir. Hesab edirəm ki, ölkələrimizin liderlərinin ticarətlə bağlı qarşıya qoyduğu 200 milyard dollarlıq vəzifəyə, əgər kataklizmlər olmasa, bu il nail olmaq olar", - Davıdov bildirib.
Onun sözlərinə görə, Hindistan, Türkiyə və Azərbaycanla da ticarət çox güclü inkişaf edir.
"Bu ölkələr artıq bizim Avropa ilə ticarətimizi əvəzləyiblər: cənub və şərq istiqamətləri çox fəal inkişaf edir", - o izah edib.
2022-ci ildə Rusiya ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi səkkiz il ərzində maksimuma - 258,6 milyard avroya çatıb, Avropa ölkələrinin Rusiyadan idxalı isə tarixi maksimum səviyyəsində olub. Bu barədə RİA Novosti martda Eurostat məlumatlarına əsasən hesablayıb.
Eyni zamanda, Davydovun sözlərinə görə, Almaniya Rusiya Federasiyasının ilk 10 ticarət tərəfdaşı sırasında qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.