Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ və Aİ Cənubi Qafqaz regionuna nüfuz etmək istəyir - Lavrov

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Abunə olmaq
BAKI, 20 iyun — Sputnik. ABŞ və Aİ Ermənistan və Azərbaycana münasibətlərin normallaşmasına kömək etmək niyyətində deyil, sadəcə olaraq regiona nüfuz etmək və Rusiyanın maraqlarını sıxışdırmaq üçün çalışır. Sputnik Ermənistan xəbər verir ki, bunu Minskdə KTMT Nazirlər Şurasının iclasının yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O xatırladıb ki, Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün əsaslar qoyulub, prezident Vladimir Putinin müdaxiləsi nəticəsində 2020-ci ilin noyabrında yekun prinsiplər üzrə ilk üçtərəfli bəyanat verilib, razılaşma imzalanıb:

"Daha sonra tam normallaşma üçün tələb olunan səylərin müxtəlif aspektlərindən bəhs edən daha bir neçə üçtərəfli yüksək səviyyəli bəyanatlar qəbul edildi. Bu, Ermənistanla Azərbaycan arasında və ümumilikdə Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasına da aiddir".

Rusiya XİN rəhbəri qeyd edib ki, RF digər beynəlxalq oyunçuların vasitəçilikdə iştirakına qarşı deyil:
Onun sözlərinə görə, vasitəçilik fəaliyyətləri Ermənistan və Azərbaycan xalqlarının və dövlətlərinin mənafelərinin balansını əks etdirən sazişlərin təmin edilməsi məqsədini güdməlidir.

"Təəssüf ki, ABŞ və Aİ-nin etdikləri işlərdə biz artıq razılığa gəlməyə kömək etmək arzusunu yox, regiona nüfuz etmək, Rusiya Federasiyasının qanuni maraqlarını sıxışdırmaq və özünü burada demək olar ki, həlledici rol oynayacaq güc kimi göstərmək istəyini görürük", - nazir bildirib.

Lavrov həmçinin Qərbin davranışını NATO üzvləri, Avropa İttifaqının sərhədlərindən uzaq regionlara genişlənmək istəyi adlandırıb.
O, bunun vəziyyəti sabitləşdirməyə kömək etmək üçün səmimi istəklə heç bir əlaqəsi olmadığını bildirib.
RF xarici işlər naziri ümid edir ki, Bakı və İrəvandakı tərəfdaşlar bunu başa düşürlər və Rusiya onlarla nə baş verdiyini açıq şəkildə müzakirə edir.
Rusiyalı nazir vurğulayıb ki, tam nizamlanmaya nail olmaq üç ölkə liderinin imzaladığı bütün bəyanatların həyata keçirilməsi ilə mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0