Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Zelenskinin ofisi tərəfindən açıqlanan əks-hücum taktikasına cavab verildi

© AP Photo / Efrem LukatskyUkrayna Prezidenti Vladimir Zelenski
Ukrayna Prezidenti Vladimir Zelenski - Sputnik Azərbaycan, 1920, 19.06.2023
Abunə olmaq
Podolyakın bəyanatı indiki Kiyev rejiminin eyni vaxtda bir neçə cəbhədə apardığı informasiya müharibəsinə örnəkdir.
BAKI, 19 iyun — Sputnik. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Ukrayna Prezidenti Vladimir Zelenskinin aparatının rəhbəri Mixaylo Podolyakın açıqladığı Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücum taktikasının həqiqiliyini şübhə altına alıb. Bu barədə o "Lenta.ru" açıqlama verib.
Daha əvvəl "FreedDom" telekanalının efirində Podolyak Ukrayna Silahlı Qüvvələrinin əks-hücum zamanı izlədiyi taktikalardan danışıb. Ukrayna Prezidenti Aparatının rəhbəri vurğulayıb ki, Ukrayna qoşunları müxtəlif istiqamətlərdə atəşin intensivliyini tədricən artırır.
"Cənab Podolyak danışanda şəxsən məndə belə bir hiss yaranır ki, bütün bu çıxışlar da təbliğatdır və qalan hər şeyin üzərinə kölgə salmaq cəhdidir. O, informasiya təxribatçısı kimi tanınır. Hərbi planların təfərrüatları barədə danışmaq çox şübhəli görünür, xüsusən də əks-hücum deyilən hərəkətlər hazırlanarkən və ya həyata keçirilərkən. Çünki o zaman bütün hərbi təlimlərin mənası itir. Bu, deyilənlərin etibarlılığı ilə bağlı ciddi suallar doğurur", - Karasin bildirib.
O qeyd edib ki, Podolyakın bəyanatı indiki Kiyev rejiminin eyni vaxtda bir neçə cəbhədə apardığı informasiya müharibəsinə örnəkdir.
Xəbər lenti
0