https://sputnik.az/20230619/saricalida-qetile-yetirilenler-kimlerdir-456050192.html
Sarıcalıda qətilə yetirilənlər kimlərdir?
Sarıcalıda qətilə yetirilənlər kimlərdir?
Sputnik Azərbaycan
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, ərazidə ANAMA... 19.06.2023, Sputnik Azərbaycan
2023-06-19T15:19+0400
2023-06-19T15:19+0400
2023-06-19T15:19+0400
ağdamın sarıcalı kəndi
qarabağ
sümük
qalıqlar
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053121_0:160:3072:1888_1920x0_80_0_0_b5998b131ecab4f3718c1bfff6506a97.jpg
BAKI, 19 iyun — Sputnik. Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində kütləvi məzarlıq aşkarlanıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, ərazidə ANAMA tərəfindən təmizləmə işləri həyata keçirilib: "AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən ilkin qazıntı işləri aparılıb. Mütəxəssislərin rəyinə əsasən, təxminən 4 nəfərə aid skelet müəyyən olunub. Burada sümüklərdən görünür ki, insanlara aid əlavə sümüklər də var. Bu səbəbdən burada qazıntı işləri davam etdirilməlidir. Yaxın ərazilərdə də qazıntı işləri aparılacaq. Bizdə olan məlumata görə, Ağdam rayonunun işğaldan azad edilən Sarıcalı kəndinin ərazisində hərbçilərimizlə yanaşı, çoxsaylı mülki vətəndaşlarımız da ermənilər tərəfindən qətlə yetirilib". AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Vüsal Həsənov insan qalıqları Ağdam rayonu Sarıcalı kəndi ərazisində, Ağdam-Bərdə avtomobil yolunun kənarında aşkar edilib. Bu məlumat əsasında 50 kvadrat metr ərazidə dərinləşdirmə işləri aparılır. O bildirib ki, mövcud yer səviyyəsindən təxminən 40-50 sm ərazidə və 3 fərqli yerdə insan qalıqları tapılıb: "Bir nöqtədə ən azı iki, digər nöqtələrdə isə hər birində bir nəfər olmaqla azı dörd insan qalığı tapılıb. Təbii ki, say, cinsiyyət, sümüklərdə olan travmalar tam bəlli deyil. Bu ekspertlər tərəfindən müəyyən ediləcək". V.Həsənovun sözlərinə görə, ərazidə heç bir dəfn əlaməti aşkarlanmayıb: "İnsanlar təsadüfən yol kənarına atılıb. Zamanla sümüklərdə dəyişikliklər baş verib. Ola bilər ki, antropogen, yaxud da anatomik ardıcıllıq tamamilə pozulub. Çünki bura çox dayaz ərazidir. İnsan qalıqları tamamən fərqli hissələrdə yerləşir, bəziləri isə heç tapılmayıb".
ağdamın sarıcalı kəndi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053121_171:0:2902:2048_1920x0_80_0_0_68e242c9fcc1d2a4a307ab810ba073b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağdamın sarıcalı kəndi, sümük, qalıqlar
ağdamın sarıcalı kəndi, sümük, qalıqlar
Sarıcalıda qətilə yetirilənlər kimlərdir?
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, ərazidə ANAMA tərəfindən təmizləmə işləri həyata keçirilib
BAKI, 19 iyun — Sputnik. Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində kütləvi məzarlıq aşkarlanıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, ərazidə ANAMA tərəfindən təmizləmə işləri həyata keçirilib: "AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən ilkin qazıntı işləri aparılıb. Mütəxəssislərin rəyinə əsasən, təxminən 4 nəfərə aid skelet müəyyən olunub. Burada sümüklərdən görünür ki, insanlara aid əlavə sümüklər də var. Bu səbəbdən burada qazıntı işləri davam etdirilməlidir. Yaxın ərazilərdə də qazıntı işləri aparılacaq. Bizdə olan məlumata görə, Ağdam rayonunun işğaldan azad edilən Sarıcalı kəndinin ərazisində hərbçilərimizlə yanaşı, çoxsaylı mülki vətəndaşlarımız da ermənilər tərəfindən qətlə yetirilib".
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Vüsal Həsənov insan qalıqları Ağdam rayonu Sarıcalı kəndi ərazisində, Ağdam-Bərdə avtomobil yolunun kənarında aşkar edilib. Bu məlumat əsasında 50 kvadrat metr ərazidə dərinləşdirmə işləri aparılır. O bildirib ki, mövcud yer səviyyəsindən təxminən 40-50 sm ərazidə və 3 fərqli yerdə insan qalıqları tapılıb: "Bir nöqtədə ən azı iki, digər nöqtələrdə isə hər birində bir nəfər olmaqla azı dörd insan qalığı tapılıb. Təbii ki, say, cinsiyyət, sümüklərdə olan travmalar tam bəlli deyil. Bu ekspertlər tərəfindən müəyyən ediləcək".
V.Həsənovun sözlərinə görə, ərazidə heç bir dəfn əlaməti aşkarlanmayıb: "İnsanlar təsadüfən yol kənarına atılıb. Zamanla sümüklərdə dəyişikliklər baş verib. Ola bilər ki, antropogen, yaxud da anatomik ardıcıllıq tamamilə pozulub. Çünki bura çox dayaz ərazidir. İnsan qalıqları tamamən fərqli hissələrdə yerləşir, bəziləri isə heç tapılmayıb".