Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Ukraynadakı münaqişə ilə bağlı Afrika ölkələri ilə dialoq davam edəcək

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidPeskov
Peskov - Sputnik Azərbaycan, 1920, 19.06.2023
Abunə olmaq
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Sankt-Peterburqda Afrika ölkələrinin nümayəndə heyəti ilə görüşüb.
BAKI, 19 iyun — Sputnik. Ukrayna böhranının həlli üçün Afrika ölkələri ilə sülh təşəbbüsü ilə bağlı dialoq nümayəndə heyəti üzvlərinin Vladimir Putinlə görüşdə səsləndirdiyi ideyalar əsasında davam etdiriləcək.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Xatırladaq ki, iyunun 17-də Rusiya Federasiyasının prezidenti Sankt-Peterburqda Afrika ölkələrinin nümayəndə heyəti ilə görüşüb. İclasda Seneqal, Cənubi Afrika, Zambiya, Komor, Misir, Uqanda və Konqo nümayəndələri iştirak ediblər. Tərəflər Ukraynadakı münaqişənin həlli üçün sülh təşəbbüsünü müzakirə ediblər.
"Müəyyən mövzular var ki, onları həyata keçirmək olar. Bu iş bir aydan sonra Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika sammiti də daxil olmaqla davam etdiriləcək", - deyə Peskov bildirib.
Qeyd edək ki, bu günlərdə Putin Cənubi Afrika Respublikasının rəhbəri Siril Ramafosa ilə Ukraynadakı münaqişənin həlli ilə bağlı bir sıra məsələləri müzakirə etdiyini bildirib. Ramafosa Rusiyanın böhranla bağlı mövqeyini ətraflı şəkildə təqdim etdiyinə və bu mövzu ilə bağlı yeddi Afrika ölkəsinin nümayəndələrinin fikirlərini diqqətlə dinlədiyinə görə Putinə təşəkkür edib.
Xəbər lenti
0