Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bu oyunun əsas məqsədi Rusiyanı strateji məğlubiyyətə düçar etməkdir - Narışkin

© Sputnik / Владимир АстапковичNarışkin
Narışkin - Sputnik Azərbaycan, 1920, 19.06.2023
Abunə olmaq
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru bildirib ki, anqlosakson elitasının nəzərində ukraynalılar "top yemi"dir ki, bundan ABŞ və Britaniya hərbçilərinin qiymətli həyatını xilas etmək üçün istifadə etmək təəssüf doğurmur.
BAKI, 19 iyun — Sputnik. Vaşinqton və London ukraynalılar bitdikdə onların yerini polyakların, sonra almanların tutacağını gözləyirlər. Bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (RXK) direktoru Sergey Narışkin "Rossiyskaya qazeta"ya müsahibəsində bildirib.
"Ukraynalılar bitəndə onların yerinə polyaklar, sonra isə yəqin ki, almanlar gələcək. Bu, son dərəcə həyasız səslənir, lakin bu, Vaşinqtonun və Londonun strateji planlarının məntiqidir", - deyə Narışkin qeyd edib.
Narışkinin sözlərinə görə, ABŞ və Böyük Britaniya hətta Ukraynanın Rusiya ilə yaxınlaşmasının qarşısını almaq üçün onu Avropanın "qara dəliyinə" çevirməyə razıdırlar.
O bildirib ki, anqlosakson elitasının nəzərində ukraynalılar "top yemi"dir ki, bundan ABŞ və Britaniya hərbçilərinin qiymətli həyatını xilas etmək üçün istifadə etmək təəssüf doğurmur.
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri onu da qeyd edib ki, bu oyunun əsas məqsədi Rusiyanı strateji məğlubiyyətə düçar etməkdir.
"Birləşmiş Ştatlar və Böyük Britaniya onilliklərdir ki, Ukrayna millətçiliyini bəsləyirdilər ki, "Ç" saatında bizim ölkəmizə qarşı istifadə etsinlər", - o, fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0