Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sankt-Peterburqda SSRİ bayrağı dövlətçiliyin vərəsəliliyinin simvoludur - Peskov

© AP Photo / Markus SchreiberSSRİ bayrağı, arxiv şəkli
SSRİ bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.06.2023
Abunə olmaq
Kreml sözçüsü bildirib ki, müasir Rusiyanın tarixi yaxın keçmişlə məhdudlaşmır.
BAKI, 17 iyun - Sputnik. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Sankt-Peterburqun 300 illiyi parkında üç bayraq dirəyindən birində SSRİ-nin dövlət bayrağının qaldırılmasını tarixi vərəsəliliyin simvolu adlandırıb.

“Orada başqa heç nə yoxdur və olmamalıdır. Bu, bizim Rusiya dövlətçiliyimizin vərəsəliliyinin simvoludur”, - deyə Peskov bildirib.

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidDmitri Peskov, arxiv şəkli
Dmitri Peskov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.06.2023
Dmitri Peskov, arxiv şəkli
O vurğulayıb ki, müasir Rusiyanın tarixi yaxın keçmişlə məhdudlaşmır.

“Bu, Sovet İttifaqının tarixidir, Rusiya İmperiyasının tarixidir. Bizim çox qədim və zəngin tariximiz var”, - deyə Kreml rəsmisi bildirib.

Prezident Vladimir Putin bir müddət əvvəl Sankt-Peterburqun 300 illiyi parkında Rusiya, SSRİ və Rusiya İmperiyasının bayraqlarının qaldırılması mərasiminə qayıqdan baxıb.
Hündürlüyü 179,5 metr olan üç bayraq dirəyindən ibarət ansambl su üzərində qurulan bu cür qurğular arasında dünyada ən hündürüdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0