https://sputnik.az/20230617/rusiya-ve-ran-qaz-opeci-yarada-biler-455986401.html
Rusiya və İran "qaz OPEC"i yarada bilər
Rusiya və İran "qaz OPEC"i yarada bilər
Sputnik Azərbaycan
"Al-Watan Syria" qəzeti: Rusiya və İran Qərblə qarşıdurmaya görə "qaz OPEC"i yaradacaqlar. 17.06.2023, Sputnik Azərbaycan
2023-06-17T08:45+0400
2023-06-17T08:45+0400
2023-06-17T08:45+0400
opec
rusiya
iran
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447369746_0:142:3136:1906_1920x0_80_0_0_7bf0e7149b09e5d229e23f15154b67ba.jpg
BAKI, 17 iyun — Sputnik. Rusiya və İran enerji sahəsində Qərb hegemonluğu ilə qarşıdurma çərçivəsində öz "qaz OPEC"ini yarada bilər Bu barədə "Qazeta.ru" internet-nəşri "Al-Watan Suriya" qəzetinə istinadən xəbər verib. Qərb hegemonluğuna qarşı mübarizə aparan Rusiya qaz bazarında iki ən böyük rəqib arasında layihə üzərində işləyir. Moskva təkcə Türkiyənin qaz habının yaradılmasında deyil, həm də İranın enerji mərkəzinin yaradılmasında da iştirak edəcək. Bu, bütün dünyanı təəccübləndirib, çünki İranın "mavi yanacağ"ı Rusiya qazının birbaşa rəqibidir. Ancaq başqa sözlə, Rusiya və İran digər ölkələrlə birlikdə "qaz OPEC"i yaratmaq niyyətindədirlər. Nəşrdə qeyd edilib ki, ən böyük enerji gücləri arasında yeni birgə layihə Qərb ölkələrini qorxudur. Əgər bu reallaşarsa, o zaman Rusiya digər ölkələrlə müttəfiq olaraq enerji bazarının böyük hissəsinə nəzarət edəcək. Məqalə müəllifləri əlavə ediblər ki, layihənin potensialı çox böyük siyasi və iqtisadi çəkiyə malik olduğundan Rusiya və İran bir çox Qərb sanksiyalarından uğurla yan keçə bilər. Bundan əlavə, hər iki ölkə dünyanın ən böyük qaz ehtiyatlarına sahibdir ki, bu da yalnız Moskva və Tehranın Qərbin məhdudiyyətlərindən yan keçmək və ABŞ-la Avropa üçün kabusa çevriləcək uğurlu layihə yaratmaq imkanlarını təsdiqləyir. Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 9-da bildirib ki, Şimal-Cənub enerjisi elektrik marşrutunun yaranması nəticəsində respublika regional elektrik enerjisi habına çevrilə bilər. Şimal-Cənub enerjisi elektrik marşrutu çərçivəsində həmçinin Ermənistan-İran və Ermənistan-Gürcüstan yüksək gərginlikli xətləri çəkiləcək. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447369746_203:0:2934:2048_1920x0_80_0_0_356f1c258cdf151429782a4093f6b817.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
opec, iran
Rusiya və İran "qaz OPEC"i yarada bilər
"Al-Watan Syria" qəzeti: Rusiya və İran Qərblə qarşıdurmaya görə "qaz OPEC"i yaradacaqlar.
BAKI, 17 iyun — Sputnik. Rusiya və İran enerji sahəsində Qərb hegemonluğu ilə qarşıdurma çərçivəsində öz "qaz OPEC"ini yarada bilər
Bu barədə "Qazeta.ru" internet-nəşri "Al-Watan Suriya" qəzetinə istinadən xəbər verib.
Qərb hegemonluğuna qarşı mübarizə aparan Rusiya qaz bazarında iki ən böyük rəqib arasında layihə üzərində işləyir. Moskva təkcə Türkiyənin qaz habının yaradılmasında deyil, həm də İranın enerji mərkəzinin yaradılmasında da iştirak edəcək. Bu, bütün dünyanı təəccübləndirib, çünki İranın "mavi yanacağ"ı Rusiya qazının birbaşa rəqibidir. Ancaq başqa sözlə, Rusiya və İran digər ölkələrlə birlikdə "qaz OPEC"i yaratmaq niyyətindədirlər.
Nəşrdə qeyd edilib ki, ən böyük enerji gücləri arasında yeni birgə layihə Qərb ölkələrini qorxudur. Əgər bu reallaşarsa, o zaman Rusiya digər ölkələrlə müttəfiq olaraq enerji bazarının böyük hissəsinə nəzarət edəcək.
Məqalə müəllifləri əlavə ediblər ki, layihənin potensialı çox böyük siyasi və iqtisadi çəkiyə malik olduğundan Rusiya və İran bir çox Qərb sanksiyalarından uğurla yan keçə bilər. Bundan əlavə, hər iki ölkə dünyanın ən böyük qaz ehtiyatlarına sahibdir ki, bu da yalnız Moskva və Tehranın Qərbin məhdudiyyətlərindən yan keçmək və ABŞ-la Avropa üçün kabusa çevriləcək uğurlu layihə yaratmaq imkanlarını təsdiqləyir.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 9-da bildirib ki, Şimal-Cənub enerjisi elektrik marşrutunun yaranması nəticəsində respublika regional elektrik enerjisi habına çevrilə bilər. Şimal-Cənub enerjisi elektrik marşrutu çərçivəsində həmçinin Ermənistan-İran və Ermənistan-Gürcüstan yüksək gərginlikli xətləri çəkiləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.