https://sputnik.az/20230617/dusmen-yeniden-ordumuzun-movqelerini-intensiv-atese-tutub-456010321.html
Düşmən Ermənistan-Azərbaycan sərhədində təxribatlarını davam etdirir
Düşmən Ermənistan-Azərbaycan sərhədində təxribatlarını davam etdirir
Sputnik Azərbaycan
Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd... 17.06.2023, Sputnik Azərbaycan
2023-06-17T18:26+0400
2023-06-17T18:26+0400
2023-06-17T18:26+0400
qarabağ
laçın
kəlbəcər
atəş
erməni
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434420891_0:0:1000:563_1920x0_80_0_0_0acec2ff17ee0d1e61a9a6b22758be81.jpg
BAKI, 17 iyun - Sputnik. Gün ərzində üçüncü dəfədir ki ermənilərin sərhəddə təxribatı barədə məlumat yayılır. Belə ki, iyunun 17-si saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə nazirliyi məlunat yayıb.Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.***Ermənistan tərəfi Kəlbəcər və Laçın rayonu istiqamətində yenidən təxribata əl atıb. Müdafiə nazirliyindən verilən xəbərə görə, iyunun 17-si saat 14:30-dan 14:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub.Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri mülki geyimdə Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434420891_0:56:629:528_1920x0_80_0_0_a8844ccdadf5ca46ded7426782265132.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
laçın, kəlbəcər, atəş, erməni
laçın, kəlbəcər, atəş, erməni
Düşmən Ermənistan-Azərbaycan sərhədində təxribatlarını davam etdirir
Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
BAKI, 17 iyun - Sputnik. Gün ərzində üçüncü dəfədir ki ermənilərin sərhəddə təxribatı barədə məlumat yayılır. Belə ki, iyunun 17-si saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə nazirliyi məlunat yayıb.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Ermənistan tərəfi Kəlbəcər və Laçın rayonu istiqamətində yenidən təxribata əl atıb. Müdafiə nazirliyindən verilən xəbərə görə, iyunun 17-si saat 14:30-dan 14:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub.
Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri mülki geyimdə Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.