https://sputnik.az/20230616/ulyanovsk-vilayetinin-qubernatoru-ruslan-eliyevle-muzakireler-aparib-455960517.html
Ulyanovsk vilayətinin qubernatoru Ruslan Əliyevlə müzakirələr aparıb
Ulyanovsk vilayətinin qubernatoru Ruslan Əliyevlə müzakirələr aparıb
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının ticarət nümayəndəsi Ruslan Əliyev görülən işlərin xüsusi əhəmiyyətini qeyd edib və logistika layihəsinin həyata keçirilməsində... 16.06.2023, Sputnik Azərbaycan
2023-06-16T12:48+0400
2023-06-16T12:48+0400
2023-06-16T12:48+0400
azərbaycan
rusiya
nəqliyyat
dəhliz
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455957587_0:76:1454:894_1920x0_80_0_0_9c475c702d29d9df058c3ff9b30953ee.jpg
BAKI, 16 iyun — Sputnik. Azərbaycan və Rusiya Federasiyasının Ulyanovsk vilayəti arasında qarşılıqlı ticarət evlərinin və nümayəndəliklərinin açılması imkanları müzakirə olunub. Bu barədə Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix və Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev arasında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİİF) keçirilən görüşdə bildirilib. Tərəflər həmçinin ticarət əlaqələrinin inkişafı, birgə layihələrin həyata keçirilməsi və yeni logistik imkanları müzakirə ediblər. Onun sözlərinə görə, layihənin əsas vəzifəsi sabit ixracı təmin etmək üçün yük qəbul edənləri və yük göndərənləri cəlb etmək, habelə liman və gəmi infrastrukturunun modernləşdirilməsi üçün dövlət vəsaitinin cəlb edilməsi təşəbbüslərini təşviq etmək, gəmi sahiblərini Volqa çayına cəlb etmək, Yaxın Şərq ölkələrində və Hindistanda ticarət və logistika infrastrukturunu paylaşmaqdan ibarətdir. Qubernator Azərbaycanın bu layihəyə fəal qoşulacağına ümid etdiyini bildirib. Öz növbəsində Azərbaycan Respublikasının ticarət nümayəndəsi Ruslan Əliyev görülən işlərin xüsusi əhəmiyyətini qeyd edib və logistika layihəsinin həyata keçirilməsində maraqlı olduqlarını bildirib. Onun sözlərinə görə, Azərbaycan qonşu ölkələrə malların göndərilməsi üçün mərkəzə çevrilə bilər. O, həmçinin bildirib ki, Azərbaycan Ulyanovsk vilayətində ticarət evinin açılmasında maraqlıdır. Birinci mərhələdə bunlar təklifləri təqdim edəcək stendlərdən ibarət ola bilər. "Əməkdaşlığın ikinci istiqaməti nəqliyyat dəhlizinin inkişafıdır. Bizim tərəfimizdən Azərbaycan ərazisindən keçən məhsulların çeşidlənməsi və bütün regionda yayılması üçün qovşağın yaradılması fikri var. Üçüncü istiqamət isə sənaye parklarımızın ərazisində sənaye layihələri ilə birgə əməkdaşlığın inkişafıdır", - deyə Ruslan Əliyev bildirib. Görüşün nəticəsi olaraq, biznes missiyaların realladırılması, eləcə də Ulyanovsk istehsalçılarının Azərbaycanda keçirilən sərgilərdə iştirakı ilə bağlı razılıqlar əldə olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455957587_132:0:1324:894_1920x0_80_0_0_94a37a110531bb897978a91f13971320.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
azərbaycan, nəqliyyat, dəhliz
azərbaycan, nəqliyyat, dəhliz
Ulyanovsk vilayətinin qubernatoru Ruslan Əliyevlə müzakirələr aparıb
Azərbaycan Respublikasının ticarət nümayəndəsi Ruslan Əliyev görülən işlərin xüsusi əhəmiyyətini qeyd edib və logistika layihəsinin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.
BAKI, 16 iyun — Sputnik. Azərbaycan və Rusiya Federasiyasının Ulyanovsk vilayəti arasında qarşılıqlı ticarət evlərinin və nümayəndəliklərinin açılması imkanları müzakirə olunub. Bu barədə Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix və Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev arasında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİİF) keçirilən görüşdə bildirilib.
Tərəflər həmçinin ticarət əlaqələrinin inkişafı, birgə layihələrin həyata keçirilməsi və yeni logistik imkanları müzakirə ediblər.
"Azərbaycan uzun illərdir ki, Ulyanovsk vilayətinin mühüm ticarət, iqtisadi və investisiya tərəfdaşıdır. İndi biz yeni logistika əlaqələri qurmağa davam edirik və Orta Volqa-Xəzər dənizi-Fars körfəzi layihəsinin həyata keçirilməsində birgə iştirak etmək bizim üçün vacibdir", - Russkix bildirib.
Onun sözlərinə görə, layihənin əsas vəzifəsi sabit ixracı təmin etmək üçün yük qəbul edənləri və yük göndərənləri cəlb etmək, habelə liman və gəmi infrastrukturunun modernləşdirilməsi üçün dövlət vəsaitinin cəlb edilməsi təşəbbüslərini təşviq etmək, gəmi sahiblərini Volqa çayına cəlb etmək, Yaxın Şərq ölkələrində və Hindistanda ticarət və logistika infrastrukturunu paylaşmaqdan ibarətdir.
Qubernator Azərbaycanın bu layihəyə fəal qoşulacağına ümid etdiyini bildirib.
Öz növbəsində Azərbaycan Respublikasının ticarət nümayəndəsi Ruslan Əliyev görülən işlərin xüsusi əhəmiyyətini qeyd edib və logistika layihəsinin həyata keçirilməsində maraqlı olduqlarını bildirib. Onun sözlərinə görə, Azərbaycan qonşu ölkələrə malların göndərilməsi üçün mərkəzə çevrilə bilər.
"Biz Ulyanovsk vilayəti ilə həmişə fəal əməkdaşlıq etmişik. Biz regionun böyük potensialını görürük və indi qarşımıza əməkdaşlığın genişləndirilməsi, xüsusilə neft emalı və kənd təsərrüfatı məhsulları sahəsində əməkdaşlığı genişləndirmək vəzifə qoymuşuq", - Əliyev deyib.
O, həmçinin bildirib ki, Azərbaycan Ulyanovsk vilayətində ticarət evinin açılmasında maraqlıdır. Birinci mərhələdə bunlar təklifləri təqdim edəcək stendlərdən ibarət ola bilər.
"Əməkdaşlığın ikinci istiqaməti nəqliyyat dəhlizinin inkişafıdır. Bizim tərəfimizdən Azərbaycan ərazisindən keçən məhsulların çeşidlənməsi və bütün regionda yayılması üçün qovşağın yaradılması fikri var. Üçüncü istiqamət isə sənaye parklarımızın ərazisində sənaye layihələri ilə birgə əməkdaşlığın inkişafıdır", - deyə Ruslan Əliyev bildirib.
Görüşün nəticəsi olaraq, biznes missiyaların realladırılması, eləcə də Ulyanovsk istehsalçılarının Azərbaycanda keçirilən sərgilərdə iştirakı ilə bağlı razılıqlar əldə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.